Xərçəngönü proseslərin vaxtında təyin edilə bilməsi üçün bəzi müayinələrin aparılması vacibdir
15.12.2021 13:55

Son iki ildə pandemiya ilə əlaqədar profilaktik müayinələr nisbətən ertələnir. Lakin bu dövrdə də xərçəngönü proseslərin vaxtında təyin edilə bilməsi üçün bəzi müayinələrin aparılması vacibdir. Bunlardan ilk növbədə Smear testi, qastroskopik-kolonoskopik müayinələr, süd vəzi müayinəsi və digərləri qeyd edilə bilər.

 

Mərkəzi Gömrük Hospitalının patomorfoloji diaqnostika şöbəsinin rəisi, patomorfoloq Zərifə Yusifli bu barədə danışıb:

 

“Smear testi uşaqlıq boynu xərçənginin qarşısının alınması, ilkin dəyişikliklərin vaxtında aşkarlayıb müalicə etməyə imkan yaradır. Uşaqlıq boynu xərçəngi qadınlarda ən çox ölümə səbəb olan 10 xərçəng növündən biri sayılır. Xəstəlik heç bir simptom vermədiyindən hər bir qadının mütəmadi olaraq həmin müayinədən keçməsi vacibdir. 20-30 yaş arasında olan qadınlarda ildə bir dəfə, 30 yaşdan yuxarı olanlarda isə iki ildə bir dəfə yoxlanılması tövsiyə olunur. Ginekoloqlar tərəfindən alınan nümunə, patomorfoloji laboratoriyada patohistoloqlar tərəfindən mikroskop altında dəyərləndirilir. Nəticədə hüceyrələrdə olan dəyişikliklər və ola biləcək xərçəngönü vəziyyət vaxtında təyin edilərək müalicəyə cəlb olunur”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib