“Omikron ştamının əsl zərərli potensialını gizlədə biləcək xüsusiyyəti var - Mütəxəssis
15.12.2021 10:48

“Cənubi Afrika Respublikasından (CAR) əldə edilən məlumatlara əsaslanaraq deyə bilərik ki, "omikron" ştamı hazırda göründüyündən daha təhlükəli ola bilər”.

 

Aztibb.az SABC radiosuna istinadən verdiyi məlumata görə, bu fikir Yohannesburqdakı Vitvatersrand Universitetinin peyvənd mütəxəssisi Şabir Madhi bildirib.

 

Mütəxəssis qeyd edib ki, "omikron" ştamının əsl zərərli potensialını gizlədə biləcək xüsusiyyəti mövcuddur: “CAR əhalisi artıq koronavirusun yeni variantına qarşı yüksək immunitetə malikdir. Məhz bu fenomen COVID-19-un əvvəlki dalğaları ilə müqayisədə CAR-da xəstəxanalara daha az yoluxmuş insanın daxil olmasını izah edir”.

 

Şabir Madhi əlavə edib ki, bu günə qədər CAR-da koronavirusa yoluxan, təxminən 6 min insan xəstəxanaya yerləşdirilib ki, bu, pandemiyanın ikinci və üçüncü dalğalarının pik nöqtəsində xəstəxanalarda olan yoluxanların üçdə birindən azdır: “Bu, Cənubi Afrikalıların yüksək immunitetə malik olması ilə əlaqədar ola bilər”.

 

Bəzi yerli elm adamları hesab edirlər ki, digər ölkələrdə "omikron" ştamının yaratdığı növbəti dalğa CAR-da olduğu kimi davam etməyəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib