Azərbaycanda vaksinasiya prosesinin COVID-19-a yoluxma və ölüm hallarına təsiri qiymətləndirilib - TƏDQİQAT
14.12.2021 10:07

Hazırda COVID-19 pandemiyası dünya miqyasında səhiyyənin (sağlamlığın) probleminə çevrilib. Xəstəliklərin sayına nəzarət etmək üçün bir çox ölkələr karantin, komendant saatı və müəyyən müddətə sosial sahələrin bağlanması kimi müxtəlif tədbirlər gördülər. Bir çox ölkələrin tədqiqatçı alimləri pandemiyaya son qoymaq üçün həll yolları axtarmağa başladılar. Görünməmiş tədqiqat səyi və qlobal koordinasiya peyvənd namizədlərinin sürətlə hazırlanması və sınaqdan keçirilməsi nəticələndi.

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova və institutun əməkdaşı Aybəniz Əliyevanın birgə müəllifi olduqları “Maşın təlimindən  istifadə etməklə  Azərbaycanda vaksinasiya  prosesinin COVID-19  yoluxma  və ölüm hallarına təsirini qiymətləndirilməsi” (Using machine learning to estimate the effect of vaccination process on COVID-19 cases and deaths in Azerbaijan) adlı məruzə Rusiyada onlayn formatda keçirilən “X Milli Superkompüter Forumu”nda (Национальный Суперкомпьютерный Форум, НСКФ-2021) müzakirə olunub.

 

Bu barədə çıxış edən A.Əliyeva bildirib ki, qlobal miqyasda güclü konsensus var ki, COVID-19 peyvəndi müasir dövrdə yoluxucu xəstəliklərlə mübarizənin ən effektiv və sərfəli üsullarından biridir. Peyvəndlər bir çox xəstəliklərə yoluxma və ölüm səviyyəsini azaltmağa kömək etməklə, keçən əsrdə bəşəriyyəti yoluxucu xəstəliklərdən xilas etmişdir. Bu işdə peyvəndlə təsdiqlənmiş və ölüm halları arasında əlaqəni tapmaq üçün səy göstərilmişdir. Bu məqsədlə 2021-ci il aprelin 1-dən  sentyabr ayının 30-na qədər olan dövr üçün  Cons Hopkins Universitetində Sistem Elmi və Mühəndisliyi Mərkəzinin (Center for Systems Science and Engineering at Johns Hopkins University) GitHub verilənlər bazasından (repository) əldə edilmiş Azərbaycanın verilənlər toplusunda k-means klasterləşdirmə əsaslı maşın təlimi metodundan istifadə edilmişdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib