Azərbaycanda COVID-19-a yoluxma hallarının sayını proqnozlaşdırmaq üçün model tətbiq edilib
13.12.2021 12:28

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova və institutun əməkdaşı Aybəniz Əliyevanın birgə müəllifi olduqları “Prophet modelindən istifadə etməklə Azərbaycanda COVID-19 pandemiyasına yoluxma (təsdiqlənmiş) və ölüm hallarının proqnozlaşdırılması” mövzusunda məruzə Rusiyada onlayn formatda keçirilən “X Milli Superkompüter Forumu”nda (Национальный Суперкомпьютерный Форум, НСКФ-2021) müzakirə olunub.

 

Aztibb.az xəbər verir ki, məruzəni təqdim edən A.Əliyeva yeni koronavirus xəstəliyinin (COVID-19) 21-ci əsrin ən qaçılmaz yoluxucu xəstəliklərindən biri kimi qəbul edildiyini diqqətə çatdırıb. Bildirib ki, ilk COVID-19 hadisəsi 2019-cu ilin dekabrında Çində aşkarlanıb və sonra bütün dünyaya sürətlə yayılmağa başlayıb. 2020-ci ilin əvvəlindən başlayaraq bu virusa qarşı görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, Azərbaycanda tezliklə minlərlə insan bu virusa yoluxub və əziyyət çəkib.

 

“Effektiv müalicə olmadıqda, səhiyyə siyasətinin əsas aləti pandemiyanın gedişatının modelləşdirilməsi və proqnozlaşdırılmasıdır”, - deyən tədqiqatçı proqnoz verilənlərinin xəstəxana personalı və təchizatın planlaşdırılmasında, peyvənd ssenarilərində, profilaktika strategiyalarının hazırlanmasında və qiymətləndirilməsində istifadə edilə bildiyini vurğulayıb.

 

Məruzəçi nəzərə çatdırıb ki, son vaxtlar maşın təlimi alqoritmləri müxtəlif tətbiqlərdə zaman sırası verilənlərinin  manipulyasında mühüm rol oynayır. Tədqiqat zamanı Azərbaycanda yaxın günlərdə gözlənilən COVID-19-a yoluxma hallarının və ölüm hallarının sayını proqnozlaşdırmaq üçün Prophet modeli tətbiq edilib. Modelin performansı orta mütləq faiz xətası (MAPE), orta kvadratik kok xətası (RMSE) və orta mütləq xəta (MAE) ilə qiymətləndirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib