Müxtəlif ölkələrdə koronavirusa yoluxma ilə bağlı - STATİSTİKA
04.09.2020 11:08

Son sutkada İndoneziyada COVID-19 virusuna gündəlik ən çox yoluxma və ölüm halı qeydə alınıb – 3622 yoluxma və həmin xəstəlik nəticəsində 134 ölüm halı.

 

Hazırda İndoneziya COVID-19-a yoluxma hallarının sayına görə Cənub-Şərqi Asiyada Filippindən sonra ikinci yeri tutur. Sentyabrın 3-nə olan məlumata görə, Filippində COVID-19-a yoluxanların ümumi sayı 228 min 403 nəfərə çatıb. Eyni zamanda, İndoneziyanın yoluxma sayına görə dünyanın 215 ölkəsi arasında 23-cü yeri tutduğu bildirilir.

 

Ukraynada isə koronavirusa tutulma halları kütləviləşir. Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə son sutkada 2723 nəfər koronavirusa yoluxub, 51 nəfər isə dünyasını dəyişib. Bundan öncə koronavirusa yoluxma faktı sutkalıq 2495 nəfəri keçməmişdi. Ən çox yoluxma Kiyev, Xarkov, Odessa, Lvov vilayətlərində qeydə alınıb. 

 

Türkiyədə son sutka ərzində 49 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib. Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib. 


Nazirin sözlərinə görə, 1642 yeni yoluxma faktı qeydə alınıb. Pandemiya qurbanlarının sayı 6511, virusa yoluxanlar isə 274 943 nəfərə çatıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib