Uşaqların qanında COVID-19 və anticisimlərə eyni zamanda rast gəlinib – Araşdırma
04.09.2020 10:32

ABŞ-da türk alim Burak Baharın rəhbərliyi ilə aparılan araşdırmada bəzi uşaqların qanında eyni zamanda həm yeni növ koronavirus (COVID-19), həm də infeksiya ilə mübarizə aparan anticisimlərin olduğu müəyyən edilib.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadən xəbər verir ki, "Journal of Pediatrics"də dərc olunan araşdırma çərçivəsində COVID-19 testi pozitiv çıxan 6 min 300 və anticisim analizi edilən 215 uşağın nəticələri nəzərdən keçirilib.

 

215 uşaqdan 33-ünə xəstəlik zamanı COVID-19 və anticisim testiləri edilib. Tədqiqat zamanı 33 uşağın 9-unun qanında həm virus, həm də anticisimlər aşkar edilib.

 

Araşdırmada 6-15 yaş arası xəstələrin 16-22 yaş arası xəstələrə nisbətən virusdan təxminən iki dəfə gec sağaldıqları müşahidə edilib. COVID-19 testinin gənc xəstələrdə təxminən 32 gündən sonra mənfi nəticələr verdiyi və bu müddətin yaşlı xəstələrdə təxminən 18 gün olduğu bildirilib.

 

Kiçik yaş qrupunda olan qızlar üçün bu rəqəmin 44 gün, eyni yaş qrupundakı oğlanlar üçün 25,5 gün olduğu da qeyd edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib