COVID-19-a yoluxanlarda saç tökülməsinə rast gəlinir - Araşdırma
03.09.2020 19:00

Aylar keçdikcə həkimlər koronavirusa yoluxmuş xəstələrdə yeni əlamətlər qeyd etməyə başlayırlar: virus nəticəsində qan damarlarında tromboemboliyanın əmələ gəlməsi, sinir sistemində pozulmalar, dəridə yaranan səpkilər və s.

 

Saç və baş dərisinin diaqnostika və müalicəsi ilə məşğul olan həkimlər bildirirlər ki, son vaxtlarda COVID-19-a yoluxub sağalmış xəstələrin bir çoxu reaktiv (şiddətli) saç tökülməsi şikayəti ilə müraciət edirlər. Xəstəlikdən yaranan və adətən sagalandan 6-10 həftə sonra başlayan şiddətli saç tökülməsinə həm cavan, həm də nisbətən yaşlı xəstələrdə rast gəlinir. Bunun səbəbləri çoxdur:

 

İlk səbəbi xəstəlik zamanı əmələ gələn güclü intoksikasiya orqanizmin bütün toxumalarına olduğu kimi, saçlara da toksiki təsir göstərir. Digər səbəb insan orqanizmi və onun immuniteti indiyədək heç vaxt görmədiyi, tanımadığı virusla qarşılaşdıqda güclü streslə qarşı-qarşıya gəlir. COVID-19 virusuna yoluxub xəstəliyi ağır keçirən xəstələrə tətbiq olunan antiviral preparatlar, ağır antibiotik kombinasiyaları, antikoaqulyantlar və s. preparatların da yan təsiri güclü saç tökülməsi ola bilir. Buna trixologiyada “medikamentoz allopesiya” deyilir. Kimyəvi maddələrin təsirindən, hətta anagen tökülmə yarana bilər ki, bu zaman saçlar tökülmə (telogen) fazasına keçmədən inkişaf fazasında (anagen) reaktiv tökülməyə məruz qala bilər. Həmçinin ağır xəstələrdə “sitokin fırtınası” deyilən immun reaksiya əmələ gələ bilər ki, bu vəziyyət də reaktiv saç tökülməsinə səbəb ola bilər. bütün remissiya vəziyyətində olan autoimmun xəstəliklər kimi, Allopesiya areata (Ocaqlı allopesiya) xəstəliyinin kəskinləşməsinə səbəb ola bilər.

 

Bütün bu səbəblərdən saçların çox hissəsi inkişaf fazasından (anagen) birbaşa tökülmə (telogen) fazasına keçir və pasiyent şiddətli saç tökülməsi ilə qarşı-qarşıya qalır. Lakin bir çox hallarda bir neçə ay ərzində saç tökülməsi həkim müdaxiləsi olmadan belə stabilləşir, saçlar xəstəlikdən əvvəlki vəziyyətinə qayıdır, əsasən həkimə müraciət etməyə ehtiyac olmur.

 

Əgər pasiyentdə saç tökülməsi ilə əlaqədar olaraq hədsiz təşviş yaranarsa, bu saç tökülməsini daha da artırar və tamamilə saçlarını itirmək qorxusu yaşayan xəstə yaşadığı psixoloji gərginlik səbəbindən bu zaman da stress səbəbli saç tökülməsi ilə üzləşər. Bunun müalicəsi üçün isə mütləq həkimə müraciət etmək lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib