ABŞ ştatları COVID-19 əleyhinə vaksinin mövcudluğu barədə məlumatlandırılıb
03.09.2020 16:10

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi ştatların administrasiyalarını koronavirusa qarşı vaksinin mövcudluğu barədə məlumatlandırıb və oktyabr ayının sonuna qədər vaksinin mümkün yayılmasına hazır olmağa çağırıb.

 

Aztibb.az xəbər verir ki, Mərkəzin müraciətində vaksinin ilkin təchizatının məhdudlaşdırıla biləcəyi qeyd olunur. Sənəddə, həmçinin deyilir ki, ştatlar ilkin vaksinin əldə edilməsində insanların müəyyən qruplarına, o cümlədən tibb və əsas işçilərinə, rezidentlərə və uzunmüddətli qulluq müəssisələrinin heyətlərinə, eləcə də milli təhlükəsizlik sektorundakı qurumların nümayəndələrinə üstünlük verməli olacaqlar.

 

Mərkəzin müraciəti Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçinin bu sözləri dediyindən bir gün sonra yayılıb: “Cari klinik sınaqların əhəmiyyətli dərəcədə pozitiv nəticələr verəcəyi təqdirdə vaksin gözlənildiyindən daha tez əldə edilə bilər”.

 

Qeyd edək ki, bugünədək ABŞ-da 6,09 milyon yoluxma və 185100 ölüm halı qeydə alınıb.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib