Bu qadın xəstəliyi münasibətləri pozur. Saxtakar sindromu
06.12.2021 11:52
Şübhə, təhlükə hiss etmə və daim ayıq olmaq kimi qorxularla özünü göstərən Kapqras Sindromu Saxtakar sindromu kimi də tanınır.
 
Aztibb.az xəbər verir ki, daha çox qadınlarda rast gəlinən bu xəstəlik münasibətlərin, hətta evliliklərin sona çatmasına səbəb olur.
 
Bu xəstəlikdən əziyyət çəkən şəxs həyat yoldaşını əsl həyat yoldaşını təqlid etməyə çalışan fırıldaqçı olmaqda ittiham edə bilər.
 
Xəstəliyin ümumiyyətlə qadınlarda müşahidə edildiyini və yaş aralığının yetkinlikdən qocalığa qədər uzandığını bildirən mütəxəssislər, şizofreniya xəstəliyinin də çox vaxt buna yoldaşlıq etdiyini vurğulayırlar.
 
Kapqras Sindromu olan insanlar ünsiyyət problemlərinə yol açırlar və insanın yaxın ətrafına təhlükə yarada bilirlər.
 
Bu, təkcə dələduzluqda ittiham olunan şəxs deyil, həm də heyvan, obyekt və ya bir ev ola bilər. Başqalarının valideynlərini əvəz etdiyini düşünmək də adi haldır. Bu aldatmalar ünsiyyət problemlərinə səbəb olur.
 
Tez-tez şizofreniya kimi psixotik pozğunluqlarla müşahidə olunur. Bəzən şizofreniyanın ilk dövr əlamətləri kimi özünü göstərə bilər. Əksər hallarda psixoz paranoid tiplidir.
 
Kapqras Sindromlu xəstələrdə beyin şişləri, demans, beyin qanaması və beyin damarlarının tıxanması kimi problemlərə rast gəlinməkdədir.
 
Müalicə məqsədilə dərmanlardan istifadə, hətta əhval-ruhiyyəni düzəltmək üçün müəyyən stabilizatorların müalicəyə daxil edilməsi uyğun bilinir.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev