Son sutkada koronavirusa neçə nəfər yoluxub?
05.12.2021 16:36

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 394 yeni yoluxma faktı qeydə alınıb, 1 791 nəfər müalicə olunaraq sağalıb.

 

Aztibb.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.