Son 20 ildə invaziv müdaxilə kardiologiyanın çox mühüm sahələrindən birinə çevrilib
29.11.2021 09:53

İnvaziv müdaxilə üsulları çox köməkedici bir prosedurlardır. Şadam ki, invaziv müdaxilə mərkəzlərinin sayı paytaxtda yetəri qədərdir. Həmçinin Bakı ilə yanaşı, üç şəhərdə də belə mərkəzlər mövcuddur. Ümid edirəm ki, yaxın gələcəkdə bütün ölkə vətəndaşları üçün həmin mərkəzlər əlçatan olacaq.

 

Bunu III Azərbaycan İnvaziv Konqresində iştirak edən Almaniyada fəaliyyət göstərən azərbaycanlı kardioloq Natiq Qassanov deyib.

 

Mütəxəssis bildirib ki, son 20 ildə invaziv müdaxilə kardiologiyanın qabaqcıl və çox mühüm sahələrindən birinə çevrilib. Çünki invaziv müdaxilə tez qərar vermək və xəstəyə qısa müddət ərzində kömək etmək imkanı yaradır.

 

N.Qassanov qlobal bəla - COVID -19 pandemiyasının davam etdiyi dövrdə ürək-damar sistemi xəstələrinə sosial məsafə prinsipini gözləmək, gigiyena qaydalarına əməl etmək və maskadan doğru istifadə etməklə özlərini qorumağı və vaksinasiyada aktiv iştirak etməyi tövsiyə edib: “Ürək-damar xəstələrinin buster doza ilə də peyvəndlənməsinin tərəfdarıyam. Peyvəndlərlə bağlı müxtəlif fikirlər səsləndirilsə də, həmyerlilərimdən xahiş edirəm ki, elmi cəhətdən sübuta yetirilmiş faktlar və məlumatlara inansınlar. COVID-lə mübarizədə əlimizdə çox imkan yoxdur. Ən effektiv və sübuta yetirilmiş üsul vaksinasiyadır. Dezinformasiyalara, nağıllara, tibb sahəsinə aid olmayan şəxslərin fantaziyalarına inanmasınlar. Ümumilikdə, risk qrupuna aid olan şəxslərə də üçüncü dozanı vurdurmağı məsləhət görürəm.

 

Bundan başqa, COVID-ə yoluxan ürək-damar sistemi xəstələrinin özbaşına müalicə qəbul etməmələri, mütləq kardioloqları ilə məsləhətləşmələri, onların nəzarəti altında olmaları vacibdir. Koronavirusa yoluxub-yoluxmamasından asılı olmayaraq, təngnəfəslik, ürəkbulanma, sinə nahiyəsində ağrı hiss etdikdə mütləq həkimə müraciət etmək lazımdır. Əks halda xəstənin vəziyyəti getdikcə ağırlaşa bilər”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib