Britaniyalı həkimlər: "Omikron" ştamı təhlükəli olmaya bilər
28.11.2021 14:56

Britaniyalı həkimlər koronavirusun yeni "omikron" ştamının təhlükəli olduğunu şübhə altına alıblar. Bundan əvvəl ölkənin baş naziri Boris Conson onu çox təhlükəli adlandırmışdı. Xüsusilə, yeni ştamın peyvənd edilmiş insanlar arasında yoluxmaya səbəb ola biləcəyi bildirilirdi.

 

Aztibb.az xəbər verir ki, ekspertlər heç də baş nazirin narahatlığını bölüşmürlər. Belə ki, mütəxəssislər hesab edir ki, ölkə üçün "Delta" ştamı daha böyük təhlükə yaradır. Həkimlər bildirir ki, hamı yaxşı bilirdi ki, koronavirusun yeni ştammları yaranacaq və "omikron"-la bağlı tədqiqatlar başa çatana qədər heç bir qəti qərar vermək olmaz.

 

Oksford Universitetinin professoru Con Bell hesab edib ki, "omikron" tam peyvənd olunmuş insanlarda maksimum baş ağrısı və zökəm yarada bilər. O belə bir qənaətə gəlib ki, yeni ştam koronavirusu ağır keçirənlərin sayında artıma səbəb olmayacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib