Normadan artıq emal olunmuş qidalar: Qida dəyəri yoxdur, sadəcə zövq və ləzzət verir İkinci yazı
26.11.2021 11:20
Yüksək dərəcədə işlənmiş qida məhsulları adətən hidroliz olunmuş zülallar, dəyişdirilmiş nişastalar, hidrogenləşdirilmiş yağlar, rəngləndiricilər, yüksək fruktozalı qarğıdalı siropu, süni dadlandırıcılardan ibarətdir.
 
Aztibb.az normadan artıq emal olunmuş qidaların insan orqanizminə zərərləri haqqında növbəti yazını təqdim edir.
 
Belə məhsulların heç bir qida dəyəri yoxdur, sadəcə zövq və ləzzət verir və orqanizm üçün təhlükəli hesab olunur.
 
Bunlara ketçup, mayonez və digər souslar, yarımfabrikatlar, eləcə də tərkibinə duz, şəkər, yağ və konservantlar daxil olan məhsullar aiddir.
 
Emal dərəcəsi təhlükəli olan məhsullardan kolbasa, vetçina, sosis və digər ət məhsulları, hazır səhər yeməkləri, şirin qazlı içkilər, baton və tərkibində yüksək kalorili yağ olan şirniyyatlar, eləcə də trans yağlar bol-bol istehlak edildikdə orqanizmi bir sıra problemlərlə üz-üzə qoya bilir.
 
Tədqiqatlar göstərir ki, artıq dərəcədə emala məruz qalmış qida məhsullarının daha çox istehlakının orqanizmdə yaratdığı təhlükələrdən biri piylənmədir. Belə ki, bu tip məhsulların yüksək miqdarda karbohidrat və ya yağ tərkibinin sinir sistemində dəyişikliklər yaratması insanda asılılığa gətirib çıxarır və daha çox yeməyə səbəb olur.
 

 
Həmçinin artıq dərəcədə işlənmiş məhsulların istehlakı metabolik sindroma, xolesterinin artmasına, mədə-bağırsaq sisteminin pozuntusuna, ürək-damar xəstəliklərinin yaranmasına yol açır.
 
Ümumiyyətlə, maksimal dərəcədə emala məruz qalmış qidaların kalori miqdarı minimal işlənmiş məhsullara nisbətən daha yüksəkdir.
 
Çoxsaylı tədqiqatlar göstərir ki, vitamin və mikroelementlərlə zəngin təbii qidalardan ibarət rasiona üstünlük verən insanlarda xroniki xəstəliklərin yaranma riski aşağı olur və daha uzun ömür sürürlər.
 
Hətta artıq dərəcədə emal edilmiş məhsulların, eləcə də fastfudun istehlakı siqaretlə müqayisədə daha çox insanın vaxtından əvvəl ölümünə səbəb ola bilir. Ona görə də belə qida məhsullarını rasiondan çıxarmaq və ya istehlakını məhdudlaşdırmaq tövsiyə olunur.
 
mütəxəssis N.Ağalarovanın məqaləsindən
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev