Normadan artıq emal olunmuş qidalar: Qida dəyəri yoxdur, sadəcə zövq və ləzzət verir! Birinci yazı
24.11.2021 14:51
Qida emalı donduraraq, qurudaraq, üyüdərək, konservləşdirərək, qarışdıraraq və ya duz, şəkər, yağ əlavə edərək qidanın təbii vəziyyətini dəyişdirən hər hansı bir prosedur olaraq başa düşülür.
 
Aztibb.az normadan artıq emal olunmuş qidaların insan orqanizminə zərərləri haqqında yazını təqdim edir.
 
Ümumiyyətlə "işlənmiş qida" anlayışına xam kənd təsərrüfatı məhsullarından başqa hər hansı bir qida, yəni dondurulmuş tərəvəzlər, qurudulmuş meyvələr və konservləşdirilmiş paxlalılardan tutmuş buğda çörəyinə, səhər yeməyi taxıllarına və hazır yeməklərə qədər müxtəlif qidalar daxildir.
 
Mütəxəssislər hesab edirlər ki, dünyada insanların qidaya olan tələbatını təzə və təbii məhsullar hesabına ödəmək mümkün deyil. Ona görə də qida məhsullarının emalı mütləqdir. Hətta insanın orqanizmi artıq bu tip qidalara uyğunlaşıb.
 
Bir sıra tədqiqatların nəticəsi göstərir ki, artıq dərəcədə emala məruz qalmış qidaların həddindən artıq istehlakı piylənməyə səbəb ola bilir, eləcə də pəhriz keyfiyyətini aşağı salır.
 

 
Belə ki, emal dərəcəsi yüksək olan məhsullar olduqca rahat istehlak edilə bilir, “daha ləzzətli” olduğunu düşündürərək isə asılılıq yaradır. Dəfələrlə bu dadı hiss etmək istəyi isə asılılığın inkişaf etməsinə yol açır.
 
Həmçinin bu tip “rahat” qidalar daha sürətlə, eləcə də diqqəti yayındırmaqla (məsələn, televizora baxaraq) yemək vərdişini təşviq edərək doyma siqnalını poza bilir.
 
Amerikalı mütəxəssislər işlənmiş qidaların insanların pəhrizində əhəmiyyətli yerə malik olduğunu bildirirlər və emal edilmə dərəcəsinə görə kateqoriyalara ayırırlar. Lakin Kanada, İngiltərə və Braziliyada aparılmış tədqiqatlar göstərir ki, daha az emala məruz qalmış məhsullara nisbətən orta və artıq dərəcədə işlənmiş qidaların tərkibində doymuş yağ, əlavə şəkər və ya natrium miqdarı daha yüksəkdir.
 
Emala məruz qalmamış və ya minimal dərəcədə işlənmiş qidalar ən aşağı kateqoriya hesab edilir. Minimal emala məruz qalmanın qidanın keyfiyyətinə təsiri əhəmiyyətsiz olaraq qiymətləndirilir. Bura xam və ya təbii məhsula xas xüsusiyyətini itirməyən qida və içkilər daxildir.
 
Məsələn, meyvə-tərəvəz, təzə, dondurulmuş və ya şəkərsiz qurudulmuş məhsullar, qəhvəyi düyü, kinoa və qarabaşaq yarması kimi taxıllar, lobya və mərci kimi paxlalılar, kartof kimi nişastalı kök tərəvəzlər, ədviyyat əlavə edilməmiş ət və digər ət növləri (quş əti, balıq), yumurta, təzə və ya pasterizə edilmiş süd, təbii meyvə-tərəvəz şirəsi, ətirli otlar və ədviyyatlar, qoz-fındıq və s.
 
mütəxəssis N.Ağalarovanın məqaləsindən
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev