Yağlardan təkrar istifadə xəstəliklər yaradır: Yeyən də, bişirən də zərər görür!
24.11.2021 12:42
Bəzən yağlardan dəfələrlə istifadə edilərək qidalar hazırlanır. Bu zaman yağların tərkibi dəyişərək təhlükəli birləşmələrə çevrilə bilir.
 
Aztibb.az dəfələrlə qızdırılan yağlarda hazırlanan qidanın orqanizmdə yaratdığı ciddi fəsadlar haqqında oxucularını məlumatlandırır.
 
Araşdırmalar göstərir ki, yağların yüksək temperaturda qızdırılması mutagenlərin əmələ gəlməsinə əhəmiyyətli dərəcədə təsir edir.
 
Bundan başqa, termal olaraq oksidləşən lipidlər membran makromolekullarının peroksidləşməsini artırır, onların mutagenliyini və genotoksikliyini yüksəldərək müxtəlif xəstəliklərə səbəb ola bilir.
 
Yağların müxtəlif şəraitdə yüksək temperaturda qızdırılması zamanı fiziki-kimyəvi xüsusiyyətləri dəyişir. Xüsusən də açıq hava şəraitində bir neçə kimyəvi reaksiya baş verir və yağlar degenerasiya olunur, uçucu maddələr, arzuolunmaz monomerlər, polimerlər, izomerlər və sərbəst radikallar yaranır.
 
Təkrar qızdırılmış yağdan hazırlanmış qidaların mütəmadi istehlakı orqanizmin antioksidant müdafiə sistemini poza bilir və ürək-damar xəstəliklərinin, diabetin də yaranması riskini artırır.
 
Təkrar istifadə olunan yağların sağlamlığa təsiri uzun müddət tədqiqatçıların diqqətini çəkib. Heyvanlar üzərində aparılmış tədqiqat nəticəsində müəyyən edilib ki, oksidləşmiş və qızdırılmış yağlar orqanizm üçün olduqca zərərlidir. Belə ki, bu heyvanlarda həzm sistemi orqanlarının qıcıqlanması, qaraciyər problemləri, böyümənin ləngiməsi, müxtəlif zəhərlənmə simptomları aşkar edilib. Bundan başqa, yüksək temperaturda qızdırılaraq oksidləşmiş yağların kanserogen xüsusiyyətə malik olduğuna dair bəzi göstəricilər də mövcuddur.
 
Yağların təkrar istifadəsi təkcə bu qidaları qəbul edənlərin yox həm də hazırlayanların da sağlamlığına mənfi təsir göstərir. Belə ki, belə yağda qızardılmış nişastalı qidaların üst hissəsində zəhərli aldehidlər yaranır. Onlar gözün və tənəffüs yollarının selikli qişasını güclü şəkildə qıcıqlandırır, funksiyasını zədələyir. Zəhərli maddələr daxili orqanlarda, xüsusilə də sinir sistemi və qaraciyərdə daha ciddi fəsadlara səbəb olur. Ona görə də bütün zərərli təsirlərdən qorunmaq üçün yağlardan təkrar istifadəyə yol verməmək lazımdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev