COVID-19-dan qorunma tədbirlərində icmalara dəstək göstərilir
02.09.2020 21:39

COVID-19 pandemiyasının başlaması ilə təmiz və təhlükəsiz su mənbələrinin və gigiyena vasitələrinin çatışmazlığı kənd yerlərindəki icmalar və həssas qrupların sağlamlığı üçün risk yaradıb.

 

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) koronavirusun yayılmasının qarşısının alınmasına dəstək vermək və icmaları əsas profilaktik tədbirlərdə iştirak etməyə təşviq etmək səyləri çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 ilə bağlı tövsiyə və qaydalarını, gigiyena prosedurlarını göstərən plakatlar Ağdam rayonun Bənövşələr və Goranboy rayonun Sarov kəndlərində yerləşdirilib.

 

Aztibb.az-ın məlumatına görə, BMqT-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, məqsəd COVID-19 ilə əlaqədar maarifləndirmə işini genişləndirmək, icma üzvlərini və ailələrini sağlamlığın qorunmasına dair lazımlı və dəqiq məlumatlarla təchiz etməkdir. Plakatlarda COVID-19 haqqında ümumi məlumat, əllərin yuyulmasının əhəmiyyəti, tibbi maskalardan istifadə qaydaları ilə bağlı mətnlər yer alır.

 

Hökumət karantin rejimini yumşaltdıqdan sonra nümayəndəlik bu virusdan qorunmaq məqsədilə layihənin icra edildiyi 8 rayonun 40 icmasından olan benefisiarlar üçün treninqlərin keçirilməsini, gigiyenik vasitələrin paylanmasını nəzərdə tutur. Bu kimi təbliğat işi digər icma üzvləri arasında hələ ki, internet vasitəsilə aparılır. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib