Həkim reportajı: Bu əlamətlər qurdlara yoluxduğumuzu göstərir
17.11.2021 17:41
Hər il milyonlarla insan parazitlərin törətdiyi xəstəliklər səbəbindən dünyasını dəyişir. Təəssüf ki, hazırda insan bədənində parazitlik edən qurdların və helmintlərin varlığını dəqiq müəyyən edən üsullar yoxdur.
 
Bu qismən parazitlərin həddən artıq çox növlərinin olmasına (2000-dən artıq novü məlumdur) və onların aşkarlanmasında çətinliklərin mövcud olmasına görədir. Parazitləri aşkar edən sınaqlar olduqca bahalı prosedurdur.
 
İnsan orqanizmində qurdların mövcudluğunu göstərən ilkin simptomlar papillomalar, xoşagəlməz ağız qoxusu, allergik reaksiyalar (səpki, gözlərdə sulanma, burun axması), dəridə səpki və qızartı, tez-tez soyuqdəymə, boğaz ağrısı, burun tutulması, xroniki yorğunluq (heç bir iş görmədən tez yorulmaq) və tez-tez tutan baş ağrılarıdır.
 
Bundan əlavə, qəbizlik və ya ishal, oynaqlarda və əzələlərdə ağrı, əsəbilik, yuxusuzluq, iştahasızlıq, gözətrafı qara kölgələr və torbalar da xəstəliyin əlaməti ola bilər.
 
Əgər göstərilən əlamətlərdən ən azı biri sizdə varsa, 99% ehtimalla sizin bədəninizdə parazitlərin olduğunu deyə bilərik. 
 
həkim Elmira Kərimova
 
Aztibb.az
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev