Nazirlik evdə müalicə alan koronavirus xəstələrinə xəbərdarlıq edib
17.11.2021 16:34

COVID-19 xəstəliyi olan və evdə müalicə alan pasiyentlər həkim nəzarətində olmalıdır.


Aztibb.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov "COVID-19" mövzusunda çıxışında deyib.

 

Onun sözlərinə görə, xəstələrin çoxunda tənəffüs yollarının zədələnmə əlamətləri müşahidə olunur ki, onların ağır dərmanlar qəbul etməsinə ehtiyac yoxdur.

 

"Belə bir statistika var ki, 20 faiz halda xəstəlik ağır keçir, 5 faizdə çox ağır və kritik olur. Qalan hallarda isə xəstəlik yüngül və orta ağırlıqda keçir. Xəstələrin çoxunda yuxarı tənəffüs yollarının zədələnmə əlamətləri var. Boğaz ağrısı, öskürək, baş ağrısı müşahidə olunur və əksəriyyətində heç ağciyərlərin zədələnməsi yoxdur. Belə olan halda müalicənin əsasını yalnız simptomatik dərmanlar, yəni hərarətsalıcı, öskürəyə, burun tutulmasına qarşı tədbirlər təşkil edir. Ağır dərmanlara ehtiyac yoxdur. Eyni zamanda, ağır dərmanlara fəsadlaşmamış pnevmaniya olmadıqda belə ehtiyac olmur" - deyə, mütəxəssis bildirib.

 

O, qeyd edib ki, xəstələrin böyük əksəriyyəti evdə müalicə olunur və çox sayda antibiotik qəbul edərək vəziyyətlərini daha da ağırlaşdırırlar.

 

"Evdə müalicənin əsas qüsurları çoxlu miqdarda müxtəlif növ antibiotiklərin istifadəsidir ki, bu da nəinki xeyir edir, əksinə immuniteti zəiflədərək infeksiyanın kəskin dövründə ağciyərlərə enməsinə şərait yaradır. Bəlkə də o antibiotiki qəbul etməsəydi, xəstəlik elə yuxarı tənəffüs yollarında da bitəcəkdi. İmmun defisiti yaranarkən ağırlaşmalar daha çox olur. İkinci bir tərəfdən həmin şəxs xəstəxanaya aparılana qədər o qədər antibiotik qəbul edir ki, xəstəxanada ona doğru antibiotikin yazılmasında da böyük çətinlik yaranır. Belə hallara yol vermək olmaz".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib