Əl reabilitasiyası hansı hallarda zəruridir?
17.11.2021 17:22

Əl reabilitasiyasının məqsədi yaralanma və ya zədələrdən (barmaq, əl, qol qopması kimi), eləcə də əməliyyatlardan sonra xəstənin itirdiyi funksiyalarını təkrar geri qazandırmaqdır.

Aztibb.az əl bərpa reabilitasiya kursunun əhəmiyyəti haqqında yazını təqdim edir.

 

Əməliyyatların müvəffəqiyyətlə nəticələnməsi üçün əməliyyat sonrası əl müalicəsinin və bərpa reabilitasiya kursunun davam etməsi zəruridir.

Əl terapiyası tətbiq olunmazsa əməliyyat istənilən nəticəni verməz və xəstə əməliyyat olunan üzvünü istifadə edə bilməz. Əməliyyat hazırlıqları zamanı əl terapist- cərrahın tətbiq etdiyi proqrama uyğun şəkildə xəstə əməliyyata hazırlanır.

Əməliyyatdan sonra, əldə mövcud əzələlərin gücləndirilməsi işləri proqram şəkilində əl terapist-doktoru tərəfindən tətbiq olunur.

Əməliyyatdan sonra yaranın vəziyyəti (çapıq toxuma) hüceyrələrin şişi və funksiya çatışmazlıqları baxımından qiymətləndirilərək müalicə proqramına alınır. Bərpanın sürətinə bağlı olaraq müalicələrə ardıcıl davam edilir. Cərrahla ünsiyyətdə olmaq, bərpa müddətində duyğu analizləri aparmaq çox əhəmiyyətlidir.

Əməliyyata ehtiyac duyulmayan vəziyyətlərdə, misal üçün, musiqiçilərin peşə xəstəliyi sayılan Overuse sindromu kimi hallarda də əl reabilitasiyası tətbiq olunmaqdadır.



Eyni zamanda, ev xanımlarından və oturaq işdə çalışanlardan Karpal tunel sindromu kimi, barmaqlarda yaranan tətik barmaq (triger finger), yenə barmaqlarda yaranan swaneck (qu boynu) deformasiyası, butonier (düymə iliyi) kimi eybəcərliklər atel tətbiq edilməklə və reabilitasiya proqramı uyğulamaqla yanaşı, əl terapiyası ilə bərpa edilir.

Spastisitenin azaldılması və əlin funksiyasının geri qazanılması məqsədilə müxtəlif proqramlar tətbiq edilir. Gündəlik həyatda tətbiqi zəruzu olan xüsusi məşq proqramları ilə spastisiteyi azaldaraq gündəlik həyatda daha çox istifadə edilməsi təmin edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev