COVID-19-dan ölüm hallarının azalması antidepresant qəbulu ilə əlaqələndirilir - TƏDQİQAT
17.11.2021 10:50

Antidepresant qrupunun (selektiv serotoninin geri alınması inhibitorlar-SSRI) qəbulu COVID-19 xəstələrində ölüm riskini azaldır.

 

Aztibb.az www.rbc.ru-ya istinadən xəbər verir ki, bu qənaətə Kaliforniya və Stenford universitetlərinin alimləri apardıqları araşdırmaların nəticələrinə əsasən gəliblər.

 

Alimlər ABŞ-da 500 min xəstənin tibbi qeydlərindən alınan məlumatları təhlil ediblər. Onlardan 83,5 mininə 2020-ci ilin yanvar-sentyabr aylarında koronavirus diaqnozu qoyulub. Bu qrupda 3,4 min nəfərə antidepresantlar təyin edilib.

 

Nəticədə müəyyən olunub ki, fluoksetin (SSRI qrupundan olan dərman) qəbul edənlərdə ölüm riski nəzarət qrupuna nisbətən 28% azdır. Fluoksetin və ya fluvoksamin (başqa bir SSRI dərmanı) qəbul edənlərin riski 26% aşağı olub.


Eyni zamanda, alimlər qeyd ediblər ki, koronavirusdan ölüm hallarını azaltmaq üçün antidepresanların istifadəsinin effektivliyini yalnız geniş miqyaslı randomizə olunmuş klinik sınaqlardan sonra təsdiqləmək mümkün olacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib