“Peyvəndlə güclənək, qalib gələk” kampaniyası çərçivəsində videoçarx hazırlanıb
15.11.2021 14:28

Azərbaycanda vaksinasiya prosesi və peyvəndləmə haqqında təbliğat kampaniyaları davam edir. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) birlikdə vaksinasiya üçün üçüncü təbliğat kampaniyasını həyata keçirir.

 

Aztibb.az-ın xəbərinə görə, həm “Peyvənd olunaq – darıxdığımız həyatı qaytaraq” şüarı ilə həyata keçirilən təbliğat kampaniyası, həm də onun davamı olan “Birimiz hamımız üçün peyvənd olunaq” çağırışı pandemiya ilə mübarərizənin ən təsirli yolunun vaksinasiya olduğunu göstərib.

 

Hazırda isə 3-cü dozanın əhəmiyyətindən bəhs edən “Peyvəndlə güclənək, qalib gələk” şüarı ilə davam edən təbliğat kampaniyasında COVID-19 pandemiyasından tamamilə xilas olmağın yeganə yolunun gücləndirici doza ilə peyvəndlənmək olduğu göstərilir.

 

Kampaniya üçün nəzərdə tutulan sosial media məzmunu, video və radioçarxlar, çöl reklamları və çap materiallarında 2 doza peyvənd olunan şəxslərin 3-cü doza ilə güclü immunitet qazanaraq COVID-19 pandemiyasına qalib gəlmələri əks olunur.

 

Kampaniya çərçivəsində işıq üzü görən videoçarxda fərqli yaş, peşə, həyat tərzinə malik hər bir şəxs üçün 3-cü dozanın həyati əhəmiyyət kəsb etdiyi vurğulanır.

 

Əsas mesaj isə ondan ibarətdir ki, uzun müddətdir mübarizə apardığımız pandemiya üzərində qələbə qazanmağın yeganə yolu vaksinasiya ilə immuniteti gücləndirməkdir. Təbliğat kampaniyasının şüarı da bu düşüncələri tamamlayır: Peyvəndlə güclənək, qalib gələk!

 

Kampaniyanın kommunikasiya strategiyası “Maverick” Kommunikasiya Agentliyi, istehsalat işləri isə Bakı Media Mərkəzi tərəfindən reallaşdırılıb.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib