AMEA-nın elmi işçisi süni tənəffüs aparatına qoşulub - Yenilənib
15.11.2021 12:02

Koronavirusa yoluxduğuna görə Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Müasir fəlsəfi problemlər şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d., dosent Zeynəddin Şabanovun son durumu açıqlanıb.

 

Klinikadan Aztibb.az-a bildirib ki, alimin vəziyyəti ağırdır.

 

"Zeynəddin Şabanovun ağciyərlərində COVID-19-la bağlı iki tərəfli pnevmoniya aşkarlanıb, hazırda süni tənəffüs aparatı dəstəyindədir. Nəbzi 76, saturasiyası 98 faizdir. Ümumi vəziyyəti qənaətbəxş deyil", - xəstəxanadan bildirilib.

 

***

Koronavirusa yoluxan AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Müasir fəlsəfi problemlər şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d., dosent Zeynəddin Şabanovun vəziyyəti ağırlaşıb.

 

Bu barədə Aztibb.az-a onun yaxınları məlumat verib.

 

Bildirilib ki, 12 gün evdə müalicə alan Z.Şabanov səhhəti pisləşdiyi üçün dünən xəstəxanaya yerləşdirilib. Hazırda o, Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasının Reanimasiya şöbəsindədir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib