Əfsanə deyil, gerçək xəstəlik: Öküz sindromu
13.11.2021 18:34
Elə qeyri-adi və nadir psixoloji pozğunluqlar var ki, insanın “bu, doğru ola bilməz” deyə düşünməsi təbiidir. Bəziləri birdən-birə digər xəstəliklərin fəsadları kimi görünür, digərlərinin səbəbi hələ də məlum deyil.
 
Aztibb.az əfsanə olduğu düşünülən belə xəstəliklərdən biri haqqında mütəxəssisin dilindən təqdim edir.
 
Boantropiya sindromu bu gün araşdırılan qəribə xəstəliklərdən biridir və bəlkə də həyatınızda ilk dəfə eşidəcəksiniz.
 
İnanmaq çətindir, amma əsl psixiatrik xəstəlik olan bu sindromdan əziyyət çəkən xəstələr özlərini öküz hesab edirlər. Qədim mənbələrdə bildirilir ki, Babil imperiyasının kralı II Nebukadnezzar yeddi il vəhşi təbiətdə heyvan kimi yaşamağa çalışıb.
 
İranlı şahzadə Məcid Ed-Devlenin özünü öküz zənn etdiyi, inək kimi səs saldığı, onun ətini kəsib yeməklə bağlı çıxışlar etdiyi, şahzadənin hətta İbn Sina tərəfindən müalicə olunduğu iddia edilir.
 
Bəs bu xəstəliyin kökündə nə dayanır? Xəstəlik bu gün də müşahidə olunurmu? Necə müalicə olunur?
 
Mütəxəssislər bildirir ki, tibb ədəbiyyatında boantropiya sindromu və xalq arasında öküz xəstəliyi kimi tanınan bu xəstəlikdən əziyyət çəkən insanların özlərini öküz sanması, öküz kimi davranması, səs çıxarması ilə xarakterizə olunan çox nadir psixoloji xəstəlikdir.
 
Qeyd olunur ki, xəstəlik insanlarda hipnoz və ya yuxudan sonra baş verə bilər. Həmçinin öküz xəstəliyinin “porfiriya” olaraq bilinən ferment xəstəlikləri, depressiya, narahatlıq pozğunluqları və paranoyya, beyni təsir edən sifilis (sifilis) xəstəliyinin səbəb olduğu ümumi iflic və ya ifliclə müşayiət olunan xəstəliklərindən sonra yarana bildiyi deyilir.
 
Öküz xəstəliyi nadir bir xəstəlik olduğundan bu günə qədər ədəbiyyatda yazılanlar tam dəqiq deyil. Boantropiyanın bu gün də rastlaşa biləcəyimiz bir xəstəlik olduğunu bildirən mütəxəssislər xəstəliyin müalicəsində hipnoz və digər müalicə üsullarının tətbiq edilə biləcəyini deyir. Eyni zamanda, bu vəziyyətin altında yatan xəstəliyin müalicəsi də şərtdir.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev