Avropada koronavirusa yoluxma üzrə REKORD
13.11.2021 10:24

Avropa ölkələrində SARS-CoV-2-yə yoluxanların sayı rekord həddə çatıb.

 

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.

 

"Ötən həftə Avropada 2 milyona yaxın koronavirusa yoluxma halı qeydə alınıb ki, bu da pandemiyanın başlanmasından indiyə qədər regionda ən yüksək göstəricidir", - Qebreyesus deyib.

 

O, qeyd edib ki, koronavirus peyvənd olunanların çoxluq təşkil etdiyi ölkələrdə də sürətlə yayılır. Peyvəndin xəstəliyin ağır gedişini azaltsa da, virusun insandan insana keçməsinin tam qarşısını almır.

 

"Koronavirus pandemiyasına son qoymaq üçün peyvənd kifayət deyil, maskaların taxılması və sosial məsafənin qorunması da lazımdır", - ÜST rəhbəri əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib