Amerikalı alimlər COVID-19-un müalicəsində inqilabi yanaşma təklif edir - TƏDQİQAT
12.11.2021 09:32

Amerikalı tədqiqatçılar hazırladıqları SLR14 RNT elementinin orqanizmdə I tip interferonların (fitri immun reaksiyanın əsas vasitəsi) istehsalını uğurla aktivləşdirdiyini və koronovirusa yoluxmadan qoruduğunu bildiriblər.

 

Aztibb.az-ın məlumatına görə, tədqiqatların nəticələrinə dair hazırlanan məqalədə bildirilir ki, interferon terapiyasının COVID-19-dan ölüm hallarının azaldılmasında effektiv olduğu sübuta yetirilib, lakin bu çox bahalı müalicə metodudur.


Yale Tibb Məktəbi tədqiqatçıları daha ucuz alternativ təklif ediblər. SARS-CoV-2-nin genetik materialını təqlid edən və RIG-I reseptorlarını aktivləşdirən RNT-nin ikincil strukturunun elementlərini xəstələr tərəfindən qəbulu yaranmış vəziyyətdən çıxış yolu kimi göstərilir. Alimlər yeni müalicə üsulunu COVID-19-a yoluxmuş siçanlarda sınaqdan keçiriblər. Gəmiriciləri ağır xəstəlikdən və ölümdən qorumaq üçün bir SLR14 dozası kifayət edib.


Üstəlik, SLR14 delta variantı da daxil olmaqla, koronavirusun yeni variantlarından da qorunmanı təmin edib. İmmuniteti zəifləmiş siçanlarda preparat demək olar ki, orqanizmi tamamilə virusdan təmizləyə bilib. Tədqiqatçıların fikrincə, bu, onlara immuniteti zəifləmiş xəstələri müalicə etməyə imkan verəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib