Banqladeşdə COVID-19-a yoluxanların sayı 315 minə yaxınlaşır
01.09.2020 19:17

Son sutka ərzində Banqladeşdə yeni növ koronavirusa (COVID-19) 1950 yoluxma və bu virus səbəbindən 35 ölüm faktı qeydə alınıb.

Aztibb.az xəbər verir ki, Banqladeşin Səhiyyə Xidmətləri üzrə Baş İdarəsinə istinadla xəbər verir ki, ölkədə virusa yoluxanların ümumi sayı 314 min 946 nəfərə, ölənlərin sayı isə 4316-ya çatıb.

İdarə ölkədə virusa yoluxanların 66 faizinin sağaldığını, 1,37 faizinin isə vəfat etdiyini açıqlayıb. Virusa yoluxmanı müəyyən etmək üçün 92 laboratoriyada testlər aparılır. İndiyədək ölkədə 1,56 milyon test həyata keçirilib. Səlahiyyətli qurumlar simptomları orta və yüngül olan pasiyentlərin yaşadıqları yerlərdə müalicəsini təşkil edir. Bunun üçün "qaynar xətt" və internet səhifəsi fəaliyyət göstərir.

 

Qeyd edək ki, Banqladeşdə COVID-19 infeksiyasına ilk yoluxma martın 8-də, ilk ölüm isə martın 18-də qeydə alınıb. Ölkədə ən çox yoluxma paytaxt Dəkkə, Çattoqram və Narayanqanc şəhərlərindədir. Hökumət yaşayış məntəqələrini yoluxma sayına görə qırmızı, sarı və yaşıl zonalara bölüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib