Koronavirusa yoluxan Çexiya Prezidentinin digər xəstəliyi tapılıb  
06.11.2021 08:30

Yeni növ koronavirus infeksiyasına yoluxan və bir ay reanimasiyada yatandan sonra palataya köçürülən Çex Respublikasının Prezidenti Miloş Zemanda xroniki xəstəlik aşkarlanıb.

 

Aztibb.az www.bbc.com-a istinadən xəbər verir ki, ona qaraciyər sirrozu diaqnozu qoyulub və mədəsinə qidalanma borusu yerləşdirilib.

 

Prezidentin səhhətinin monitorinqi üzrə tibbi konsiliumun üzvü, cərrah Pavel Pafko bildirib ki, bu xəstəlik uzun illər ərzində əlamətsiz və ya az əlamətlə inkişaf edə bilir.

 

Həkimin sözlərinə görə, Zemanın mədəsindəki zondun müddəti prezidentin təyin edilən pəhrizə necə əməl edəcəyindən asılıdır.

 

Pafko əlavə edib ki, Çexiya Prezidentinin müalicə aldığı Praqadakı Mərkəzi Hərbi Hospitaldan buraxılması barədə danışmaq hələ tezdir, çünki bu, dörd həftəyə qədər çəkə bilər.

 

Miloş Zeman xəstəxanaya oktyabrın 10-da, parlament seçkiləri keçirildikdən sonra yerləşdirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib