Koronavirus beyin hüceyrələrinə təsir etmir - TƏDQİQAT
04.11.2021 10:09

Almaniya və Belçikadan olan alimlər elmi işin nəticələrinə əsasən, koronavirusun beyin hüceyrələri üçün təhlükəsiz olduğunu bildiriblər.

 

Aztibb.az iz.ru-ya istinadən xəbər verir ki, alimlər həkimlərin COVID-19-un əsas simptomlarından biri hesab etdikləri qoxu itkisi olan anosmiyanı tədqiq ediblər. Onlar infeksiyadan bir neçə gün sonra ölənlər də daxil olmaqla 85 xəstənin məlumatlarını təhlil ediblər.

 

Mütəxəssislər belə qənaətə gəliblər ki, SARS-CoV-2 ilə yoluxmanın əsas obyektləri insan burun boşluğunun qoxu epitelindəki hüceyrələrdir. Lakin alimlər koronavirusun qoxuya cavabdeh olan sensor neyronların koronavirusun təsirinə məruz qaldığına dair heç bir sübut tapmayıblar.

 

Beləliklə, tədqiqat virusun iybilmə selikli qişanın neyronlarını yoluxdurması ilə bağlı əvvəl səsləndirilən iddiaları təkzib edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib