Hentinqton xoreyası - çarəsiz xəstəlik
02.11.2021 17:55

Beynin atrofiyası nəticəsində əmələ gələn bu xəstəliyin irsi amillərlə bağlılığı müəyyən edilib.

 

Aztibb.az xəbər verir ki, xəstəlik 1872-ci ildə G.S.Hentinqton tərəfindən təsvir edilib. Xəstəliyin irsi təbiətini sübut edən tutarlı faktlardan biri onun tək yumurtalı əkizlər arasında 100% rast gəlinməsidir.

 

Xəstəliyin əlamətlərindən biri söhbət və gərginlik zamanı güclənən xoreyayabənzər hiperkinezlərin və psevdoaffektiv reaksiyaların baş verməsidir.

 

Hentinqton xoreyası, adətən, 45-47 yaşlarda, lakin bir sıra hallarda daha tez hətta 10-12 yaşlarda meydana çıxa bilər. Xəstəliyin daha gec, məsələn, 60 yaşlarda da təsadüf etməsi mümkündür.

 

Digər nevroloji əlamətlərdən əzələ tonusunun enməsi, göz qapaqlarının ptozu və nitqin səlistliyinin pozulması diqqəti cəlb edir. Psixi pozuntulardan tez-tez təsadüf edən yaddaşın və diqqətin zəifləməsi, ağıl zəifliyi əlamətləri, xəstənin davranışında və hərəkətlərində özünü büruzə verən pozuntuları göstərmək olar.

 

Hentinqton xoreyası zamanı xəstə illərlə əmək qabiliyyətini itirmədən öz peşəsində çalışır, ancaq onun üçün qeyri-adi olan intellektual işləri yerinə yetirərkən acizlik göstərir. Bir qədər çətinliyə düşərkən, hər hansı bir zehni işə cəlb olunarkən gərginlik keçirir və əsəbiləşirlər.

 

Diqqətin tez-tez yayınması və digə pozuntular əqli qabiliyyətin xoreyayabənzər şəkil almasına səbəb olur.


Xəstəliyin gedişində ən mühüm və tez-tez rast gəlinən əlamətlərdən biri də paranoyal halların olmasıdır.

 

Gənc yaşlarda təsadüf edən Hentinqton xoreyası əksər hallarda epilepsiyayabənzər tutmalar və xoreyayabənzər hiperkinezlərlə cərəyan edir. İntellektual qabiliyyətin zəifləməsi belə uşaqlara təhsilini davam etdirməyə imkan vermir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev