Ürək tutması artıq yaşlı xəstəliyi deyil - 40 yaşdan aşağı halların artmasının səbəbləri
21.06.2026 13:24

Ürək tutması (miokard infarktı) artıq yalnız yaşlı insanlara aid xəstəlik kimi qiymətləndirilmir. Son illərdə gənc yaşlarda baş verən ani ölümlər risk qrupunun genişləndiyini göstərir və mütəxəssislər erkən müayinələrin həyati əhəmiyyət daşıdığını vurğulayırlar.

Aztibb.az "CNN Türk"ə istinadən yazır ki, son vaxtlarda qeydə alınan iki ölüm hadisəsi ürək-damar xəstəlikləri ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. 35 və 49 yaşlı şəxslərin qısa müddət ərzində vəfat etməsi xəstəliyin yaş həddinin aşağı düşdüyünü bir daha ortaya qoyur.

Mütəxəssislər bildirirlər ki, gənc yaşda baş verən ani ürək ölümü tək bir səbəblə izah olunmur. Genetik meyillilikdən başlayaraq həyat tərzinə qədər bir çox amil bu riski artırır. Bu səbəbdən risklərin erkən mərhələdə aşkarlanması və mütəmadi tibbi nəzarət olduqca vacib hesab olunur.

Kardiologiya mütəxəssisi Davran Çiçəyin məlumatına görə, ən mühüm risk faktorlarından biri genetik meyillikdir. Ailəsində erkən yaşda ürək xəstəliyi olan şəxslərdə damar sərtləşməsi daha tez inkişaf edə bilər. Xüsusilə irsi xolesterin yüksəkliyi 30 yaşlardan etibarən ciddi damar tıxanmasına səbəb ola bilər.

Bununla yanaşı, siqaret istifadəsi, hərəkətsiz həyat tərzi, piylənmə, yüksək təzyiq, diabet və güclü stress də gənc yaşlarda ürək xəstəliklərini artıran əsas amillər sırasındadır. Bəzi ritm pozğunluqları və anadangəlmə ürək əzələsi xəstəlikləri isə zahirən sağlam görünən insanlarda belə qəfil ölümlərə yol aça bilər.

Mütəxəssislər həmçinin genetik xəstəliklər və ritm pozğunluqları üzrə ixtisaslaşmış klinikaların sayının artırılmasının vacibliyini qeyd edirlər. Onların fikrincə, bu yanaşma risk qrupuna daxil olan insanların erkən aşkar edilməsinə və ani ölümlərin qarşısının alınmasına imkan yarada bilər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub