Yuxusuzluğa qarşı geniş istifadə olunan preparat ürək çatışmazlığı riskini artıra bilər
25.06.2026 11:48

Son illərdə melatonin yuxu keyfiyyətinin yaxşılaşdırılması üçün ən çox istifadə edilən reseptsiz preparatlardan birinə çevrilib. Lakin yeni araşdırmanın ilkin nəticələri bu əlavənin uzunmüddətli qəbulunun ürək sağlamlığı üçün müəyyən risklər yarada biləcəyini göstərir.

 

Aztibb.az "Circulation" jurnalında dərc olunan tədqiqatın nəticələrinə diqqət çəkib. 

Melatonin beyin tərəfindən əsasən gecə saatlarında ifraz olunan hormondur və orqanizmin bioloji saatının tənzimlənməsində mühüm rol oynayır. Bir çox insan daha tez yuxuya getmək və yuxunun keyfiyyətini artırmaq məqsədilə sintetik melatonin preparatlarından istifadə edir. Bu vasitə bir sıra ölkələrdə reseptsiz satılır.

Tədqiqat müəllifləri yuxusuzluqdan əziyyət çəkən 130 mindən çox ABŞ və Böyük Britaniya vətəndaşının elektron tibbi məlumatlarını təhlil ediblər. Nəticələr göstərib ki, melatonini bir ildən artıq müddətdə qəbul edən şəxslərdə növbəti beş il ərzində ürək çatışmazlığının inkişaf riski digər iştirakçılarla müqayisədə 89 faiz daha yüksək olub.

Araşdırma həmçinin göstərib ki, uzunmüddətli melatonin istifadəçilərində bütün səbəblərdən ölüm riski təxminən iki dəfə, ürək çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilmə ehtimalı isə 3,5 dəfə daha yüksək olub.

Bununla belə, tədqiqat melatonin qəbulu ilə ürək çatışmazlığı arasında birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir. Alimlər hesab edirlər ki, əldə olunan nəticələrin təsdiqlənməsi və mümkün mexanizmlərin aydınlaşdırılması üçün əlavə araşdırmalara ehtiyac var.

Mütəxəssislərin fikrincə, melatonin qısamüddətli istifadə zamanı adətən 1–2 ayadək qəbul edildikdə təhlükəsiz hesab olunur. Lakin uzunmüddətli istifadənin potensial təsirlərinin daha dərindən öyrənilməsi vacibdir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır