ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub
18.06.2026 10:41
Səhiyyə Nazirliyi Ə.Əliyev adına Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat həyata keçirilib.
İnstitutdan Aztibb.az-a bildirilib ki, klinikanın baş həkimi Dilqəm Məmmədovun rəhbərliyi və bilavasitə iştirakı ilə tibbi komanda tərəfindən həyata keçirilən üz iflici əməliyyatı uğurlu nəticə ilə yekunlaşıb.
6 saatdan çox davam edən əməliyyat gedişində yüksək texnologiyalı super mikrocərrahiyyə metodu ilə sinir köçürülməsi və əzələ transferi yerinə yetirilib ki, bu da uzun müddət üz iflicindən əziyyət çəkən xəstənin sağalması ilə nəticələnib. Xəstəlik səbəbindən mimiki hərəkətlətini tamamilə itirən, həm visual, həm də funksional discomfort yaşayan xəstədə üz nahiyyəsi əzələlərinin funksiyasının tam bərpa olunması onun cəmiyyətdə tam fəaliiyətini mümkün edib. 3 etapda gerçəkləşən uğurlu əməliyyat ölkəmizdə səhiyyə sisteminin inkişafının göstəricisidir. Belə ağır və mürəkkəb rekonstruktiv cərrahi əməliyyatların dövlət müəssisəsi səviyyəsində həyata keçirilməsi səhiyyəmizin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirir. Artıq belə əməliyyatları keçirtmək üçün xaricə üz tutan vətəndaşlarımız həmin yardımı ölkəmizdə də ala bilirlər.
Səhiyyə Nazirliyinin dəstəyi ilə Ə.Əliyev adına ADHTİ-nin nəzdində yeni yaradılmış Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasının fəaliyyətində bu kimi ağır rekonstuktiv əməliyyatları sərbəst icra etmək üçün müasir standartlara üyğun hər cür şərait var. Klinikada rekonstruktiv, estetik və mikrocərrahiyyə əməliyyatları, yanıq və postyanıq rekonstruksiyası, onkoplastik və travma sonrası bərpa cərrahiyyəsi, kraniofasial və əl cərrahiyyəsi, dəri və yumşaq toxuma defektlərinin örtülməsi, süd vəzisi və üz rekonstruksiyası, rinoplastika, blefaroplastika, mammoplastika, liposaksiya, abdominoplastika, üz gərmə kimi estetik əməliyyatların həyata keçirilməsi mümkündür.
Bu bölməyə aid digər xəbərlər
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

