Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
19.06.2026 18:23

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində vətəndaşların tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam edir.


Aztibb.az-a TƏBİB-dən bildirilib ki, bu çərçivədə Nizami Tibb Mərkəzində onlayn növbə sisteminin tətbiqinə başlanılıb. Məqsəd vətəndaşların həkim qəbuluna müraciət prosesini sürətləndirmək və səmərəli təşkilini həyata keçirməkdən ibarətdir.


Onlayn növbə sisteminin tətbiqi həm vətəndaşlar, həm də tibb işçiləri üçün bir sıra üstünlüklər yaradır. Növbələrin onlayn tənzimlənməsi tibb müəssisələrində sıxlığın azalmasına, vətəndaşlar üçün daha rahat xidmət mühitinin formalaşdırılmasına şərait yaradır. Həmçinin qəbul prosesinin əvvəlcədən planlaşdırılması həkimlərin iş yükünün optimallaşdırılmasına, qəbulun daha nizamlı təşkilinə və xidmətlərin daha effektiv idarəsinə imkan verir.

Hazırda Nizami Tibb Mərkəzində bütün ixtisaslar üzrə həkim qəbuluna onlayn növbə götürmək mümkündür. Sözügedən tibb mərkəzində vətəndaşların rahat və çevik qaydada qəbul olunmasını təmin etmək məqsədilə xüsusi monitorlardan istifadə edilir. Eyni zamanda növbələrin yerində tənzimlənməsi və vətəndaş axınının operativ idarə olunması üçün məsul əməkdaşlar tərəfindən vətəndaşlara təşkilati dəstək göstərilir.

Onlayn növbə sistemindən istifadə üçün “MyGov” tətbiqinə aşağıdakı link vasitəsilə keçid edə bilərsiniz:

https://apps.apple.com/az/app/mygov/id1533956540


Qeyd edək ki, onlayn növbə sistemi bundan öncə Yeni Klinika, Abşeron Rayon Mərkəzi Xəstəxanası və Kliniki Tibbi Mərkəzdə aktivləşdirilib.

Vətəndaşların tibbi xidmətlərə əlçatanlığının artırılması və vətəndaş məmnuniyyətinin yüksəldilməsi məqsədilə onlayn növbə sisteminin mərhələli qaydada ölkə üzrə digər tibb müəssisələrində də tətbiqi nəzərdə tutulur.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır