JAMA: Həyat tərzinin dəyişdirilməsi xroniki xəstəlik riskini azaldır
19.06.2026 07:39

Yeni elmi araşdırma göstərib ki, xroniki xəstəliklərin profilaktikasında düzgün qidalanma və fiziki aktivlik bəzi hallarda diabetin müalicəsində geniş istifadə olunan dərmanlardan daha effektiv nəticə verə bilər.

Aztibb.az "Journal of the American Medical Association (JAMA)" jurnalına istinadən yazır ki, tədqiqat çərçivəsində alimlər 1990-cı illərdə başladılmış Diabetin Qarşısının Alınması Proqramında iştirak etmiş 1100-dən çox yetkin şəxsi izləyiblər.

Tədqiqatçılar 20 ildən artıq müddət ərzində iştirakçılarda ürək-damar xəstəlikləri, böyrək xəstəlikləri, xərçəng, artrit və demensiya da daxil olmaqla 15 müxtəlif xroniki xəstəliyin inkişafını qiymətləndiriblər.

İştirakçılar təsadüfi şəkildə üç qrupa bölünüblər:

Fiziki aktivlik və qidalanma dəyişikliklərini əhatə edən həyat tərzi proqramı tətbiq olunan qrup;
Metformin preparatı qəbul edən qrup;
Plasebo qəbul edən qrup.

21 ildən artıq müşahidə dövrünün nəticələri göstərib ki, həyat tərzini dəyişən şəxslərdə bir neçə xroniki xəstəliyin eyni vaxtda inkişaf etmə ehtimalı plasebo qrupundakı insanlarla müqayisədə təxminən 20 faiz daha aşağı olub.

Araşdırmanın nəticələrinə görə, diabetin müalicəsində geniş istifadə olunan Metformin preparatı isə uzunmüddətli perspektivdə eyni qoruyucu təsiri göstərməyib.

ABŞ-ın Nyu-York ştatında fəaliyyət göstərən Northwell North Shore Universitet Xəstəxanasının və Long Island Jewish Tibb Mərkəzinin endokrinoloqu Shirin Jaggi bildirib ki, əldə edilən nəticələr sağlam həyat tərzinin faydalarının yalnız diabetin qarşısının alınması ilə məhdudlaşmadığını göstərir.

Onun sözlərinə görə, xəstələrə yalnız dərman yazmaq deyil, həyat tərzinin onların həm indiki, həm də gələcək sağlamlığına böyük təsir göstərdiyini izah etmək son dərəcə vacibdir.

Mütəxəssis insanlara həyat tərzində dəyişiklikləri birdən-birə deyil, mərhələli şəkildə etməyi tövsiyə edir. O, əvvəlcə əlçatan fiziki aktivlik hədəfləri müəyyənləşdirməyi və zamanla bu fəaliyyətləri artırmağı məsləhət görür.

Bununla yanaşı, Şirin Caggi qısamüddətli və sərt pəhrizlərə deyil, uzun müddət davam etdirilə bilən sağlam və balanslaşdırılmış qidalanma modelinə üstünlük verilməsinin vacibliyini vurğulayır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır