Problem ürəkdə deyil, beyindədir: Psixiatr panik atakı saniyələr içində dayandıran 3 üsulu açıqlayıb
20.06.2026 08:26

Psixiatr bildirib ki, panik atak “əsəblərin zəifliyi” deyil, beynin fəaliyyətində yaranan real bir pozuntudur. Əgər belə tutmalar təkrarlanırsa, insan kardioloqa deyil, psixiatra müraciət etməlidir.

Aztibb.az "Life" portalına istinadən yazır ki, tanınmış rusiyalı psixiatr Valentina Yastrebova panik atak zamanı dərmansız və təcili yardım çağırmadan vəziyyəti qısa müddətdə sabitləşdirməyə kömək edən üç effektiv texnikanı izah edib.

Həkimin sözlərinə görə, panik atak bir dəfəlik baş verirsə, insan bir neçə dəqiqə ərzində özünü toparlaya bilər.

1. “5-4-3-2-1” torpaqlanma metodu

Bu üsul insanı qorxu və təşviş yaradan düşüncələrdən ayıraraq diqqəti real mühitə yönəldir.

Bunun üçün:

Gördüyünüz 5 əşyanın adını səsləndirin;
Eşitdiyiniz 4 səsi müəyyən edin;
Hiss etdiyiniz 3 toxunma duyğusunu qeyd edin (paltarın toxunuşu, stulun səthi, barmaqlardakı soyuqluq və s.);
Duyduğunuz 2 qoxunu adlandırın;
Hiss etdiyiniz 1 dadı müəyyən edin.

Mütəxəssis bildirir ki, bu sadə sayma prosesi beyni xəyali təhlükədən uzaqlaşdıraraq reallığa qaytarır.

2. “Kvadrat nəfəsalma” texnikası

Bu üsul nəfəsin ritmini normallaşdırmağa kömək edir:

4 saniyə nəfəs alın;
4 saniyə nəfəsi saxlayın;
4 saniyə ərzində nəfəsi verin;
Yenidən 4 saniyə nəfəsi saxlayın.

Psixiatr vurğulayır ki, nəfəsvermə mərhələsi mümkün qədər sakit və yavaş olmalıdır. Bu, ürək ritmini tənzimləyən parasimpatik sinir sisteminin aktivləşməsinə kömək edir.

3. Soyuq təsir üsulu

Üzünüzü buz kimi soyuq su ilə yumaq və ya ovucunuzda buz parçası saxlamaq panik atakın intensivliyini azalda bilər.

Yastrebovanın sözlərinə görə, bu üsul “dalış refleksi”ni işə salaraq ürəkdöyünmənin sürətlənməsini qısa müddətdə zəiflədir.

Panik atak niyə yaranır?

Psixiatrın izahına görə, problemin əsasında limbik sistemdə baş verən funksional pozuntu dayanır. Beynin təhlükələri qiymətləndirən hissəsi olan badamcıq cismi (amigdala) bəzən yüngül başgicəllənməni və ya ürəkdöyünməni həyati təhlükə kimi qəbul edir.

Nəticədə beyin sürətlə adrenalin ifraz edir və “döyüş və ya qaç” reaksiyasını işə salır. İnsan boğulurmuş kimi hiss etsə də, əslində fiziki baxımdan sağlam ola bilər.

Həkim qeyd edir ki, bu yanlış siqnalın ən çox rast gəlinən səbəbləri xroniki yuxusuzluq və uzunmüddətli stressdir.

Panik atakların təkrarlanmaması üçün nə etmək lazımdır?

Mütəxəssis ilk növbədə kifayət qədər istirahət etməyi, stress səviyyəsini azaltmağı və orqanizmi həddindən artıq yorğunluğa məruz qoymamağı tövsiyə edir.

Əgər istirahətə baxmayaraq tutmalar davam edirsə, mütləq həkimə müraciət edilməlidir. Belə hallarda müalicə və dərman dəstəyi yalnız mütəxəssis nəzarəti altında aparılmalıdır. Özbaşına müalicə təhlükəli nəticələrə səbəb ola bilər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır