Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinə müddətli əlavələr ödənilib
02.11.2021 11:40

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2021-ci ilin iyul və avqust ayları ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq təxminən 7.7 milyon manat, qeyri-tibb işçilərinə isə 1.1 milyon manata yaxın müddətli əlavə ödənilib.

 

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə cari ilin iyul və avqust ayları üzrə iş vaxtına/saatına mütənasib olaraq 4639.12 manat məbləğində müddətli əlavə ödənilib. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

 

Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə, iyul və avqust ayları üzrə 7500 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.

 

Tibb və qeyri-tibb tibb işçilərinə, eləcə də könüllülərə qeyd edilən aylar üzrə ödənilən müddətli əlavə və mükafatların məbləği aşağıdakı kimidir:

 

Aylar

Dövlət tibb müəssisələri üzrə

Özəl tibb müəssisələri üzrə

Könüllülər üzrə

Cəmi

Tibb işçiləri

Qeyri-tibb işçiləri

    İyul

3 milyon 364 min 510.34 AZN   (4 min 946 nəfər)

563 min 470.25 AZN (1616 nəfər)

     1318.87 AZN  (1 nəfər)

  4 min 250 AZN  (17 nəfər)

3 milyon 933 min 549.46 AZN  (6 min 580 nəfər)

 Avqust

4 milyon 334 min 358.84 AZN (4 min 789 nəfər)

508 min 269.02 AZN (1107 nəfər)

3320.25 AZN (2 nəfər)

 3 min 250 AZN (13 nəfər)

4 milyon 849 min 198.11 AZN (5 min 911 nəfər)

 

Qeyd edək ki, dövlət və özəl tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq agentlik tərəfindən iyul və avqust ayı üzrə müddətli əlavələrin ödənilməsi davam edir.

 

Məlumata əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 oktyabr tarixli 298 nömrəli Qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqılarına müddətli əlavələrin ödənilməsi 2021-ci il noyabrın 1-dək uzadılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib