Koronavirus xəstələrinin vəziyyətinin ağır olduğunu göstərən ƏLAMƏT
02.11.2021 10:34

Rusiyalı həkim immunoloq Vladislav Jemçuqov COVID-19 xəstələrinin vəziyyətinin ağır olduğunu göstərən əlamətə diqqət çəkib.

 

Aztibb.az xəbər verir ki, həkim bədən hərarətinin aşağı düşməsinin xəstənin vəziyyətinin ağırlığına və dərhal xəstəxanaya yerləşdirilməsinin vacibliyinə dəlalət etdiyini bildirib.

 

V.Jemçuqov deyib ki, çox ağır koronovirus xəstələrinin hərarəti 36 dərəcə və daha aşağı olur. Bu, orqanizmin toksinlərlə mübarizə aparmağa qadir olmadığını və virusa immun cavab vermədiyini göstərir.

 

Mütəxəssis əlavə edib ki, bədən hərarətini elektron deyil, civəli termometrlə ölçmək daha yaxşıdır. Bədənin hərarətini 3 dəfə 5 dəqiqədən az olmayaraq ölçməklə daha dəqiq məlumat əldə etmək olar. Xəstənin rənginin ağarması, dodaqlarının göyərməsi və bu vəziyyətin aşağı hərarət və təzyiqlə müşahidə olunması pis əlamətdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib