Davamlı alış-veriş etmək istəyinizə səbəb olan xəstəlik – Oniomania
30.10.2021 22:26
Oniomaniyanın bir çox adı ola bilər. Alış-veriş asılılığı, patoloji alış-veriş asılılığı və s.
Bu çatışmazlıq insan mənfi emosiyalardan qaçmaq üçün davamlı olaraq alış-veriş etdikdə baş verir, lakin bu, çox vaxt insanın maddi vəziyyətinə və ya münasibətlərinə mənfi təsir göstərir.
Aztibb.az şəxsin ehtiyacından əlavə idarəsizcə alış-veriş etməsi xəstəliyi olan oniomaniya haqqında yazını təqdim edir.
Kənardan çox məsum bir məşğuliyyət kimi görünsə də, əslində bu müəyyən səviyyədən sonra xroniki hal almağa başlayır.
Oniomaniya və ya şopaqolik xəstəliyi 1900-cu ildə təyin olunub. Xəstəliyin tarixinin qədim olması bu barədə narahatlığın əvvəllər də olduğunu göstərir.
Dr. Elizabeth Hartney tərəfindən “Verywell Mind”də nəşr olunan bir məqalədə, patoloji alış-veriş asılılığı olan insanlar alış-verişdən depressiya, narahatlıq, cansıxıcılıq və qəzəb kimi mənfi emosiyalardan və özünü tənqid edən düşüncələrdən qaçmaq üçün istifadə edənlər olaraq təyin olunurlar.
Bəs niyə bu çatışmazlığı olan insanlar həddindən artıq alış-verişə ehtiyac duyurlar?
Stress və narahatlıqla mübarizə, məmnuniyyətin və ya özünə inamın artması, müəyyən bir görüntü formalaşdırmaq, insanlarla əlaqə qurmaq kimi istəklərdən doğur.
Oniomaniyanın səbəbləri müxtəlifdir. Uşaqlıqdan sahibolma vərdişi, valideynlərin uşaqlarına heç nədə imtina etməmələri və ya əksinə, ehtiyac içində böyümə. Qızların şopaqolik olmalarının daha bir səbəbi isə həyatın başqa sahələrində çatışmazlıqların (işdə, ailədə xoşbəxt olmayanda) məhz bu yolla doldurulmasıdır.
Oniomaniya üzrə ixtisaslaşmış psixoloq April Lane Benson bildirir: “Bu bir nöpv sevgini yanlış yerlərdə axtarmaq kimidir. Alış-veriş heç vaxt sizin sevgi və məhəbbətə olan ehtiyacınızı daimi olaraq ödəməyəcək”.

Kiminsə oniomaniya xəstəliyinin olub olmadığını necə müəyyən edə bilərik?
Belə insanlar daim alış-veriş haqqında düşünürlər. Alış-verişə çox vaxt və pul xərcləyirlər və alış-veriş edə bilmədikdə gərginlikdə olurlar.
Maddi imkanları olmasa belə, onlar çox vaxt ehtiyacı olmayan şeyləri alırlar və buna görə də büdcələrinə qənaət edə bilmirlər.
Qazandıqlarından daha çox xərcləyirlər. Ödənişləri gecikdirirlər.
Aldıqları şeyləri hamıdan gizlətməyə başlayırlar. Aldıqları hər şeyi bir yerə sığdırmağa çalışdıqları üçün evləri dolub-daşır.
Belə xəstəliyiniz varsa, həddindən artıq alış-veriş etmək istəyinizi idarə etmək üçün atacağınız bəzi addımlar kömək edə bilər.
Öz xərcləmə planınızı hazırlayın və ona əməl etməyə çalışın. Pulunuzu daha az əlçatan olan hesablara qoyun.
Sevimli onlayn alış-veriş saytlarınızı bloklayın. Kredit kartınızın onlayn alış-veriş funksiyasını söndürün.
Bundan əlavə, narahatlığı aradan qaldırmaq üçün bir sıra dərmanlar və psixoterapiya üsulları da istifadə olunur.
Bu bölməyə aid digər xəbərlər
Yay aylarında bu qidalar zəhərlənmə riskini artırır
03.08.2026 | 09:30
Hovuzdan sonra qulağınızı belə qoruyun – İnfeksiya riski yüksəkdir
02.08.2026 | 19:20
Şüursuz məşqlər onurğa sağlamlığınızı təhlükə altına alır
25.03.2025 | 12:33
Yaz fəslinə həkimlərin tövsiyəsi ilə sağlam keçid edin
08.03.2025 | 15:15
Angioqrafiya - Neyrocərrahiyədə tətbiqi və əhəmiyyəti
17.06.2024 | 10:31
Pediatr: "İmmunlaşdırma həftəsi" Səhiyyə Nazirliyinin planlaşdırdığı işin mühüm elementidir
30.04.2024 | 13:27
Ümumdünya Əməyin Mühafizəsi Günü - İqlim dəyişikliyinin əməyin mühafizəsinə və sağlamlığa təsiri
28.04.2024 | 08:02
Böyrək zədələnmələrinin ağırlığına görə əlamətləri və müalicəsi
14.03.2024 | 14:09
Azərbaycanda Milli Mətbuat Günüdür
22.07.2023 | 09:00
Narkoloq: Qadın alkoqolizmindən sağalmaq üçün kifayət qədər alət və üsullar var
18.06.2023 | 16:10
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

