Risk qrupuna daxil olan 12 yaşdan yuxarı uşaqların COVID-19 əleyhinə vaksinasiyası tövsiyə edilir
28.10.2021 10:17

Yeni növ koronavirus (COVID-19) infeksiyasının risk qrupuna daxil olan 12 yaşdan yuxarı uşaqların COVID-19 əleyhinə peyvəndlənməsi tövsiyə edilir. Uşaqlarda piylənmə, anadangəlmə ürək qüsurları, xroniki ağciyər və böyrək xəstəlikləri koronavirus üçün risklidir. Ona görə də belə uşaqların peyvəndlənməsi məsləhətdir. Azərbaycanda uşaqların peyvəndlənməsi hər iki valideynin icazəsi olduğu halda aparılır.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova nazirliyin instaqram hesabında “Uşaqlar və COVID-19” mövzusunda danışarkən deyib.

 

Mütəxəssis bildirib ki, uşaqlarda peyvəndlərin əks-göstəriş qaydaları və dozası böyüklərdə olduğu kimidir: “Yəni, uşaqlarda peyvənd olunarkən onların iki doza alması vacib şərtdir. Peyvəndləmədən sonra müşahidə olunan yan təsirlərdə də heç bir fərq yoxdur”.

 

A.Zeynalova, həmçinin deyib ki, uşaqlara COVID-19 xəstəliyini anlaşıqlı dildə, həssas yanaşaraq, yaşlarına uyğun şəkildə izah etmək lazımdır: “Onlara, ilk növbədə, gigiyena qaydaları öyrədilməli, əllərin 20 saniyədən az olmayaraq düzgün yumaq qaydası izah edilərək uşaqların əlyuma gigiyenasını dərk etməsinə çalışmalıyıq”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib