Ana südü haqqında doğru bilinən yanlışlar – İkinci yazı  
26.10.2021 17:10
 
Ana südü tərkibindəki balanslaşdırılmış komponentlərin, hormonların, müxtəlif boy faktorlarının, çoxlu miqdarda bioloji aktiv maddələrin və müdafiə faktorlarının olmasına görə körpələrin boyümə və inkişafı üçün ideal qidadır. Ana südü həmçinin ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissəsidir.
 
Aztibb.az yeni ana olmuş təcrübəsiz xanımlar üçün ana südü və əmizdirmə mövzusunda faydalı məlumatları təqdim edir.
 
Süni qidalar demək olar ki, ana südü ilə eynidir
 
Tamamilə yalnış fikirdir. Süni qidaların tərkibində ana südündə olan anti-cisimlər, canlı hüceyrələr, hormonlar və fermentlər yoxdur. Ana südü doğuşdan 1-7 gün ərzində, anadan və körpədən asılı olaraq dəyişdiyi halda, süni qidanın tərkibi sabit olaraq qalır. Ana südü konkret körpənin, süni qida isə bütün körpələrin ehtiyacını ödəmək üçün nəzərdə tutulduğundan heç bir xüsusi xassəyə malik deyil. Belə bir qənaətə gəlmək olar ki, süni qidalarda dəyişən yalnız rəngarəng, gözəl və cəlbedici qablaşdırmalardır.
 
Süd döşdə köhnəlir
 
Ananın döşündə olan süd şüşə qabda olan südlə eyni deyil. Ana bədənindən ifraz olunan “sehrli” maye həmişə eyni hərarətdə və yüksək keyfiyyətdə olur.
 
Yağlı və yağsız süd
 
Dünya praktikasında ana südünə tətbiq olacaq belə bir terminologiya və ümumiyyətlə, anlayış mövcud deyil. Mövcud olan başqa bir anlayışlar var: ön və arxa süd. Ön süd tərkibində daha çox maye, arxa süd isə daha çox yağdan və zülaldan ibarət olan süddür və bütün anaların südünə aiddir.
 
Əgər kiminsə yalnız ana südü ilə qidalanan körpəsi sizin körpənizdən daha canlı və kökdürsə, bunun səbəbini südünüzün qüsurlu olmasında axtarmayın. Sadəcə həmin körpədə genetik ailə tarixi və şəxsi bədən konstitusiyası özünü göstərə bilər.
 
 
 
 
Çoxlu yemək, içmək, yatmaq!
 
Çox vaxt qatılaşdırılmış süd, çay, ağır xəmir xörəkləri və bir sıra başqa qidaları analara tez-tez süd artıran ərzaqlar kimi məsləhət görürlər. Sözsüz ki, bütün bunların heç bir möhkəm elmi və praktiki əsasları yoxdur. Yalnız sağlam qida vərdişləri laktogenetikaya müsbət təsiri ilə özünü dəfələrlə təsdiqləyib.
 
Südün miqdarı sağlamlığa bağlıdır
 
Anaların ən böyük dərdi “istehsal” etdikləri südün miqdarının körpələri üçün kifayətli olub-olmamasıdır. Adətən bunun üçün analar südlərini əl və ya südsağan aparatlar ilə sağıb miqdarını ölçməyə çalışırlar. Südünüzün kifayət qədər olmasını sübuta yetirən başqa vasitələr var. Ilk növbədə körpənizi müşahidə edin. Yaxşı əmən körpə ananın bütün çalışqanlığı ilə sağa biləcəyi süddən dəfələrlə çox süd əldə edə bilir.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev