Koronavirusun orqanizmdə təsirini zəiflədən dərman hazırlanıb
26.10.2021 11:29

Avropa Dərman Agentliyi (EMA) “Merck“ farmakologiya şirkətinin kütləvi istifadə üçün yoxlanışını həyata keçirəcək.

 

Aztibb.az xəbər verir ki, EMA ekspertləri antiviral xüsusiyyətə malik “Molnupiravir” dərmanının təsirinə aid tədqiqat məlumatlarının dəyərləndirilməsinə başlayıblar. Həb formasında olan dərman “Merck Sharp & Dohme“ şirkətinin “Ridgeback Biotherapeutics“ şirkəti ilə birgə istehsalıdır.

 

İlkin test nəticələrinə görə, preparat koronavirusun orqanizmdə təsirini zəiflədə bilir. Bu yolla xəstələrin stasionar müalicəsi qısaldıla, eləcə də ölüm hallarının sayı azaldıla bilər.

 

EMA preparatın keyfiyyəti ilə yanaşı, onun təhlükəsizliyi və təsir gücünü yoxlamaq üçün bir sıra test mərhələləri həyata keçirəcək. Bütün mərhələlər uğurla başa çatdıqdan sonra istehsalçı preparatın Avropa İttifaqında istifadəsinə icazə üçün müraciət edə bilər. EMA bunun üçün hansısa vaxt planının nəzərdə tutulduğunu açıqlamayıb.

 

İndiyədək Avropa İttifaqında koronavirusa qarşı bir dərmanın istifadəsi lisenziyalaşdırılıb, dörd preparatın yoxlanışı davam edir, beş dərman isə lisenziyalaşma mərhələsindədir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib