AY.4.2 variantı “delta” ştamının submutasiyasıdır
25.10.2021 14:01

Koronavirus digər viruslar kimi nəinki ildən-ilə, hətta aylarla mutasiyaya uğrayacaq və belə də davam edəcək. Mutasiyaya uğramış variantın özünü necə göstərməsi gedişatdan sonra məlum olacaq. Yeni AY.4.2 variantı “delta” ştamının submutasiyasıdır. Orada əsas fərq virusun özünün zülalının, yəni spayk proteininin dəyişikliyə uğramasıdır. Ona görə də yeni mutasiyaya uğramış variantlar hazırda uşaqlar arasında da yayılmaqdadır. Çində ortaya çıxan COVID-19 virusu uşaqlarda yayılmırdı. Hazırda spayk proteinində gedən dəyişikliklərə əsasən uşaqlarda yoluxma riski artır. Lakin buna görə panikaya düşmək lazım deyil. Mutasiyaya uğramış variantlar əvvəlkilərə nisbətən daha sürətlə yayılsa da, yəni yoluxuculuğu daha yüksək olsa da, bu, o demək deyil ki, öldürücü olacaq, daha çox ağırlaşma verəcək. Uzun illər əvvələ nəzər saldıqda görürük ki, bütün viruslar mutasiyaya uğradıqca tam əksinə olaraq zəifləyir, yoluxuculuğu artsa da, xəstəliyin gedişatına bir o qədər təsir göstərmir və ağır hal qeydə alınmır. Bu virusun özünü necə aparacağını isə zaman göstərəcək.

 

Aztibb.az xəbər verir ki, bunu həkim Mətanət Cəfərova deyib.

 

Həkimin sözlərinə görə, hələ ki, mövcud vaksinlər mutasiyalara qarşı da təsirlidir. Əgər vaksinlər yeni mutasiyalara təsir etməzsə və həmin variantlar daha çox populyasiya arasında yayılarsa, ola bilər ki, gələcəkdə yeni peyvəndlər kəşf olunsun: “Submutasiya variantının ölkəmizdə olması hələ ki, təsdiqini tapmayıb. Bəzi ölkələrdə yayılsa da, ölkəmizə gəlib-gəlməyəcəyi və ya gələrsə, özünü necə göstərəcəyi bəlli deyil. Mövcud peyvəndlərin hamısı yeni variantlara qarşı da keçərli və effektivdir. Sevindiricidir ki, əhali məlumatlıdır və vaksinasiyaya qoşulanların sayı kifayət qədərdir. Məsləhət görərdim ki, xüsusilə xəstəliyi heç keçirməyənlər mütləq surətdə vaksinasiya olunsunlar. Risk qrupuna daxil olanların iki dozadan altı ay sonra üçüncü dozanı vurdurması da tövsiyə olunur. Bütün vətəndaşların isə şəxsi gigiyenaya əməl etməsi, sosial məsafəni qoruması və fərdi qoruyucu vasitələrdən düzgün istifadə etməsi önəmlidir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib