Agentlik: AY.4.2 ştamı COVID-19-un daha ağır keçməsinə səbəb olmur
24.10.2021 11:04

İlkin məlumatlara görə, son həftələrdə İngiltərədə aktiv şəkildə yayılmağa başlayan koronavirusun “delta” ştamının AY.4.2 yeni alt növü xəstəliyin daha ağır gedişatına səbəb olmur. 

 

Aztibb.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Səhiyyə sahəsində Təhlükəsizlik Agentliyinin məlumatında deyilir.

 

“Hazırda bu variantın xəstəliyin daha ağır gedişatına səbəb olduğunu və ya ölkədə tətbiq edilən peyvəndlərin ona qarşı daha az təsirli olduğunu iddia etmək üçün heç bir əsas yoxdur. Biz bu ştam haqqında mütəmadi olaraq yeni məlumatlar alırıq”, - deyə məlumatda bildirilir.

 

Təşkilat hələ iyul ayında aşkar edilən AY.4.2 növünə “öyrənilən variant” statusu verildiyini xatırladıb. Hazırda sözügedən variant yeni yoluxmaların təxminən 10 faizini təşkil edir. Əgər qarşıdakı həftələrdə yoluxma hallarında artım davam edərsə, bu ştam “delta”, “alfa”, “qamma” və “beta” ştamlarına aid edilən “narahatlıq doğuran variant” statusu ala bilər.

 

“Biz bu ştamı, Böyük Britaniyada son aylarda sürətlə yayılmasına əsaslanaraq, “öyrənilən variant” kimi təsnif etdik. Onun “delta” ştamı ilə müqayisədə daha çox yayılmasına dair ilkin məlumatlar var”, - deyə agentliyin açıqlamasında bildirilir.

 

AY.4.2, dünyanın müxtəlif yerlərində aşkar edilmiş “delta” ştamının 45 alt növündən biridir. Bu növün insan hüceyrələrini məhv edən tikanabənzər zülalda iki xarakterik mutasiyası var: Y145H və A222V. Bundan əvvəl hər iki mutasiya ayrı-ayrılıqda koronavirus ştamlarının digər alt növlərində aşkar edilirdi, lakin onların heç biri sonradan Krallıqda “öyrənilən variant” statusu almamışdı ki, bu da virusun kifayət qədər yüksək yoluxuculuğunun olmadığını göstərir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib