Bu ölkədə 200 mindən çox vaksin məhv ediləcək
23.10.2021 10:34

Bosniya və Herseqovinada koronavirusa qarşı 200 min dozadan çox peyvənd məhv ediləcək.

 

Aztibb.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə İnstitutunun direktoru Sinisa Skocibusiç deyib.

 

O, bildirib ki, həmin vaksinlərin istifadə müddəti bu ayın sonunda bitəcək. İnstitutun anbarında istifadə müddəti bitən 200 min doza “Astra Zeneca” və 1300 doza “Sinovac” peyvəndi var.

 

S.Skocibusiç deyib: “Əhalinin 80 faizinin virusa qarşı peyvənd olunması qarşıya məqsəd kimi qoyulub. Ona görə də bizi çox iş gözləyir, eyni zamanda, hər birimizin üzərinə böyük məsuliyyət düşür”.

 

Qeyd edək ki, Bosniya və Herseqovinada indiyədək əhalinin cəmi 22 faizi hər iki doza vaksin qəbul edib. Əhalinin 25 faizinə isə yalnız birinci doza vaksin tətbiq olunub.

 

İnstitutun direktoru bildirib ki, ABŞ tərəfindən Bosniya və Herseqovinaya 500 min doza “Pfizer” peyvəndi hədiyyə olunub.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib