AY.4.2 mutasiyası daha kəskin formada və tez yayılır
22.10.2021 14:04

Rusiyada koronavirus əleyhinə vaksinasiya prosesi çox zəif gedir və orada artıq növbəti bir mutasiya növü olan AY.4.2 yayılmağa başlayıb. İlkin nəticələrə görə, həmin mutasiya “delta” variantından daha kəskin gedişata malikdir və daha yoluxucudur. AY.4.2-yə yoluxan şəxs bir dəfəyə hətta 9-10 nəfəri yoluxdura bilər. Həmin mutasiyaya yoluxmuş şəxslə kontaktda olanlarda simptomlar çox qısa müddətdə yaranır. Bu variant daha kəskin formada və tez yayılır.

 

Bunu Bakı Sağlamlıq Mərkəzinin infeksiyaya nəzarət bölməsinin rəhbəri Ləman Qalimova deyib.

 

L.Qalimovanın sözlərinə görə, həmin varianta yoluxan şəxsin yanaşı xəstəlikləri olarsa, o zaman xəstənin vəziyyəti ağırlaşır ki, bu da onun sağalma ehtimalını çətinləşdirir. Hazırda yeni mutasiyalarla əlaqədar olaraq COVID-19 əleyhinə iki doza vaksin vurduran vətəndaşlara, xüsusilə 50 yaşdan yuxarı olan, 18 yaşdan yuxarı xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərə üçüncü doza vaksinin vurulmasını məsləhət görürük. Onlar buster doza ilə qoruyuculuqlarını bir qədər də artıra bilərlər.

 

“Əhalinin xeyli hissəsi “Sinovac” şirkətinin vaksini ilə peyvəndlənib. İnaktiv vaksin olduğu üçün onun qoruyuculuğu bir qədər az ola bilər. Ona görə də üçüncü doza peyvənd vurdurmaq mütləqdir ki, həmin vətəndaşlar virusa qarşı daha yaxşı qoruyuculuq əldə etsinlər. Son zamanlar yoluxma saylarında artım müşahidə edilməsi də narahatlıq yaradır. Ona görə də əhalini vaksinasiyada aktiv iştirakla bərabər, gigiyena qaydalarına əməl etməyə, maskadan istifadə etməyə, sosial məsafəni gözləməyə səsləyirik. Payız-qış mövsümündə respirator xəstəliklərin aktivləşməsini nəzərə alaraq hər kəsi diqqətli və məsuliyyətli olmağa çağırırıq”, - deyə L.Qalimova fikirlərini yekunlaşdırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib