COVID-19-un yeni mutasiyasına yoluxmuş bir xəstə 9 nəfəri yoluxdura bilər
22.10.2021 09:14

Bir sıra ölkələrdə, o cümlədən region ölkələrindən Rusiyada COVID-19 virusunun yeni mutasiyası - AY.4.2 (Delta plyus) yayılmağa başlayıb.

 

Ekspertlər yeni ştamın "delta" ştamı ilə müqayisədə daha yoluxdurucu olduğu, bir nəfərin təxminən 9 nəfəri yoluxdura biləcəyini qeyd edirlər. Yeni mutasiyanın, həmçinin daha çox kontakta meyilli olduğunu, onun simptomlarının daha qısa zaman kəsiyində özünü büruzə verdiyini vurğulayan ekspertlər, hazırkı vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olunmasını, üçüncü doza vaksinasıyanın sürətləndirilməsinin zəruri olduğunu bildiriblər.

 

TƏBİB-in Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov qeyd edib ki, yeni mutant kimi qələmə verilən AY.4.2 ştamına “Delta plyus” ştamı deyilir:

 

“Delta plyus” ştamının əsas xüsusiyyətləri kimi ikiqat mutasiyaya uğradığı məlumdur. İkiqat mutasiya ondan ibarətdir ki, virus daha tez yayılır və orqanizmdə anticisimlərə qarşı müəyyən rezisdentlik göstərir".

 

O, həmçinin qeyd edib ki, bu ştamların yayılmasına ən çox böyük Britaniyada rast gəlinib və 6 faizi identifikasiya olunub:

 

“Xəstəliyin sürətlə yayılması və daha çox uşaqlarda olması, həmçinin xəstəlik simptomları, ağırlıq dərəcəsi haqqında müzakirələr aparılır və bu barədə təsdiqlənmiş elmi məlumat yoxdur.

 

Ən əsası ekspertlərin gəldiyi qənaət budur ki, hazırda istifadə olunan vaksinlər AY.4.2 və ya "Delta plyus" ştamına qarşı effektivliyini qorumaqdadır".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib