ÜST-dən 12 yaşa qədər uşaqların peyvənd olunması ilə bağlı AÇIQLAMA
21.10.2021 09:00

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru doktor Hans Klyuge Portuqaliyaya səfəri zamanı etiraf edib ki, 12 yaşa qədər uşaqların COVID-19 əleyhinə peyvənd edilməsi ilə bağlı qərarın verilməsi bir müddət çəkə bilər.

 

Aztibb.az xarici KİV-lərə istinadla xəbər verir ki, doktor Hans Klyuge hazırda bəzi klinik sınaqların aparıldığını, lakin sübutların hələ də kifayət qədər inandırıcı olmadığını qeyd edib. Doktor bu mərhələdə bütün Avropa regionunda yetkin əhalinin vaksinasiya ilə əhatə dairəsinin artırılmasının prioritet olduğunu bildirib. İkincisi, yaşlılara və immuniteti zəif olan insanlara buster dozasını tətbiq etmək lazımdır. Üçüncüsü, məktəblərin açıq qalması çox vacib olduğu üçün 12 yaşdan yuxarı yeniyetmələrin peyvənd olunması lazımdır.

 

ÜST-ün regional direktoru hesab edir ki, gələn il planet COVID-19-dan deyil, pandemiyadan azad olacaq. Başqa sözlə, qrip kimi COVID-19 ilə yaşamağı öyrənməliyik. Hazırda pandemiyadan qurtarmaq üçün 60 milyard dozaya ehtiyac var.

 

Hans Klyugenin sözlərinə görə, mümkün ssenarilərdən biri COVID-19 əleyhinə vaksinin vaksinasiya planlarının bir hissəsi olması və immuniteti təmin etmək üçün ildə bir dəfə tətbiq ediləcəyindən ibarətdir. "Biz hələ bilmirik, sübutları araşdırmalıyıq, lakin bu, ən çox ehtimal olunan ssenarilərdən biridir", - deyə ÜST-ün regional direktoru vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib