Oğurluq xəstəliyi qadınlarda daha sıx görülməkdədir – Kleptomaniya Birinci yazı
20.10.2021 12:43

 

Bu xətəlik özünə nəzarət pozğunluğudur.

 

Ehtiyacı olmadığı, dərhal istifadə etməyəcəyi halda və satma düşüncəsi olmadan bir sıra əşyaları icazəsiz olaraq götürmək, onlara sahib olmaq.

 

Aztibb.az qarşısıalınmaz oğurluq həvəsi ilə xarakterizə olunan bu xəstəliyin əlamətləri, səbəbləri və müalicəsi haqqında yazını təqdim edir.

 

Bu davranış daha əvvəldən düşünülməmiş və planlaşdırılmamış olub, birdən həyata keçirilir. Bu davranış birindən intiqam alma məqsədiylə edilmir. Fərd bu davranışın səhv və əlverişsiz olduğunun fərqindədir.

 

Kleptomaniklər bu davranışı reallaşdırmaq üçün başqalarından kömək istəmirlər. Tarixdə Fransa kralı IV Henrix və Sardiniya kralı Viktorun bu xüsusiyyətlərə sahib olduğu bilinməkdədir.

 

Narahatlıq uşaqlıq yaşlarında başlayır. Fərd bu davranışı reallaşdırmadan əvvəl sıx bir gərginlik hissi keçirir. Bu davranışdan dərhal sonra xoşbəxtlik, rahatlama və böyüklük hissi yaşayır.

 

Xəstəliyə min adamdan altısında rast gəlinir. Qadınlarda kişilərə görə təxminən dörd qat daha sıx görülməkdədir.

 

Gender arasındakı nisbətin bu qədər yüksək olmasının bir səbəbi də, kişilərin belə bir vəziyyətdə xəstəxanalar yerinə daha çox həbsxanalara göndərilmələri ola bilər.

 

Qadınlarda ortalama olaraq 30-35 yaşda, kişilərdə 50-55 yaşda daha çox rastlanılır. Həm kişi, həm də qadınlarda digər impuls-idarə pozğunluqları narahatlıqla birlikdə özünü büruzə verə bilər.

 

 

Kişilərdə daha çox piromaniya (impulsiv olaraq atəş yandırıb, yanğın törətmə) və xəstəlik dərəcəsində qumar oynama, təkrar partlayıcı davranış pozğunluğu ilə bir yerdə ikən, qadınlarda trikotilomaniya (impulsiv olaraq saç və bədən tüklərini tutma xəstəliyi) ilə birlikdə görülə bilməkdədir.

 

Narahatlıq sosial-iqtisadi səviyyə ilə birbaşa bağlı olmur. Bu vəziyyətdəki adamın hətta sosiomədəni səviyyəsi yüksək də ola bilər. Şəxslər bu davranışlarına mane ola bilmək üçün ictimai həyatlarını məhdudlaşdıra və ətraflarından uzaqlaşa, alış-veriş etməməyə çalışa bilərlər.

 

Kleptomanların oğurladığı əşyalar adətən kosmetika (pomada,ətir,lak), şəxsi gigiyenik əşyalar (sabun,tualet kağızı), yeyəcək şeylər (məsələn ,şokalad) və s. olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev