Heyvanlardan qorxunc virusların insanlara keçməsi qlobal narahatlıq doğurur - Birinci yazı
18.10.2021 17:29
19 il əvvəl ortaya çıxan SARS epidemiyası və ötən il Çindən başlayaraq, ölkələrə yayılan koronavirus barədə xəbərlər dünyanı çalxaladı.
Vəhşi təbiətdən qaynaqlandığı təxmin edilən koronavirus əvvəlcə heyvanlarda yaranan yoluxucu xəstəliklərlə bağlı riskin xeyli artdığını göstərir.
Aztibb.az heyvanlardan insanlara keçən xəstəliklər, səbəbləri, belə xəstəliklərə yoluxma riskinizi azaltmaq üçün görülməli olan tədbirlər haqqında yazını təqdim edir.
İqlim dəyişikliyi və qloballaşma heyvanlarla insanlar arasında əlaqəyə böyük miqyasda təsir etdiyi üçün ehtimal olunur ki, bu vəziyyət gələcəkdə daha çox problem yaradacaq.
Yoluxan heyvan xəstəlikləri bakteriya, virus və göbələklərin törətdiyi infeksiyalar, ibtidailər, cücülər, gənə və helmintlərin törətdiyi invazion xəstəliklərdir.
Heyvan xəstəliklərinin təkamül edərək insalara yoluxması halları son 50 ildə bir neçə dəfə baş verib.

1980-cı illərdə meymunlardan yoluxmuş QİÇS epidemiyası, 2000-ci ildə isə donuz qripi, 2004-2007-ci illərdə quş qripi yayıldı.
2010-cu illərdə yenidən SARS virusu ortaya çıxdı. Bu virus yarasalardan müşk pişiklərinə, onlardan da insanlara keçdi. Ebola virusu isə insanlara birbaşa yarasalardan yoluxdu.
Əslində, heyvanlardan yoluxma halları əvvəlki dövrlərdə də olub. Son zamanların yoluxucu xəstəlikləri də daha çox heyvan mənşəlidir.
Prosesi ətraf mühit amilləri daha da sürətləndirir. Bundan başqa, şəhərlərdə getdikcə daha çox insanın yaşaması və beynəlxalq səyahətlərin artması bu xəstəliklərin insanlar arasında daha sürətlə yayılmasına səbəb olur.
Heyvanlarda müxtəlif xəstəlik mikrobları, bakteriyaları və viruslar var.Onların uzun müddət həyatda qala bilmələri və nəsillərinin tükənməməsi özlərinə yeni “yaşayış yer” tapması sayəsində mümkün olur.
Yoluxmaya məruz qalmış orqanizmin immun sistemi mikrobları öldürməyə çalışır. Bu zaman iki canlı növü arasında təkamül savaşı başlayır, getdikcə proses sağ qalmaq mübarizəsinə, yəni rəqibini öldürmə cəhdinə çevrilir.

Tutuquşu xəstəliyi, quduzluq, pişik cırmağı xəstəliyi, qarayara, mal çiçəyi xəstəliyi, Laym xəstəliyi, Salmonella xəstəliyi və s. xəstəliklər insanlara heyvanlardan keçir.
Ətraf mühitin və iqlimin dəyişməsi heyvanların yaşayış sahələrini yox edir. Onlar yeni ərazilər tapmaq, həyat tərzlərini və yemlərini dəyişmək məcburiyyətində qalırlar. Vəhşi təbiətdə yaşamalı olan heyvanlara artıq böyük şəhərlərdə də rast gəlmək olur.
Özünə təzə “ev” tapan yeni yoluxucu xəstəliklər, adətən, daha təhlükəli olurlar. Ona görə də, bu, alimləri xüsusilə narahat edir.
Bəzi əhali qrupları yoluxmalara daha əlçatandır. Məsələn, yoxsul işçilər, şəhərlərin daha kirli yerlərində yaşayanlar, təmizlik və tibb sahələrində çalışanlar xəstəliklərin qaynağına daha yaxındırlar və onlar arasında yoluxma riski daha böyükdür.
Daha az qidalanan, daha çirkli havayla nəfəs alan və natəmiz yerlərdə yaşayanların immun sistemi zəif olduğu üçün onlar xəstəliklə mübarizədə çətinlik çəkirlər. Bəzilərininsə tibbi xidmətlərdən yararlanmaq imkanı olmur.
Böyük şəhərlərdə insanlar sıx yaşadıqları üçün virusların insandan insana keçməsi çox sürətlə baş verir. Bir-birinə yaxın məsafədə eyni havayla nəfəs almaq və eyni səthlərə toxunmaq yoluxmanı sürətləndirir.
Çox vaxt hətta böyük şəhərlərdə də vəhşi təbiətdən qida təminatı kimi istifadə edirlər. Məsələn, şəhərdə ələ keçirilən və ya ovlanan vəhşi heyvanları kəsib yeyirlər.
Bu bölməyə aid digər xəbərlər
Yay aylarında bu qidalar zəhərlənmə riskini artırır
03.08.2026 | 09:30
Hovuzdan sonra qulağınızı belə qoruyun – İnfeksiya riski yüksəkdir
02.08.2026 | 19:20
Şüursuz məşqlər onurğa sağlamlığınızı təhlükə altına alır
25.03.2025 | 12:33
Yaz fəslinə həkimlərin tövsiyəsi ilə sağlam keçid edin
08.03.2025 | 15:15
Angioqrafiya - Neyrocərrahiyədə tətbiqi və əhəmiyyəti
17.06.2024 | 10:31
Pediatr: "İmmunlaşdırma həftəsi" Səhiyyə Nazirliyinin planlaşdırdığı işin mühüm elementidir
30.04.2024 | 13:27
Ümumdünya Əməyin Mühafizəsi Günü - İqlim dəyişikliyinin əməyin mühafizəsinə və sağlamlığa təsiri
28.04.2024 | 08:02
Böyrək zədələnmələrinin ağırlığına görə əlamətləri və müalicəsi
14.03.2024 | 14:09
Azərbaycanda Milli Mətbuat Günüdür
22.07.2023 | 09:00
Narkoloq: Qadın alkoqolizmindən sağalmaq üçün kifayət qədər alət və üsullar var
18.06.2023 | 16:10
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

