COVID-19-la bağlı beynəlxalq təcrübəyə əsaslanan təlim keçirilib 
31.08.2020 11:36

14-27 iyul 2020-ci il tarixlərində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) və Yönse Universiteti tərəfindən “Tibb mütəxəssislərinin infeksion xəstəliklər üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi: COVID-19 test dəstinin istifadəsi” mövzusunda təlim təşkil olunub.

 

Aztibb.az xəbər verir ki, təlimin iştirakçısı olan Qəbələ özəl sanatoriyasının Tibbi Biokimya Laboratoriyasının müdiri, “FLM” Laboratoriya Mütəxəssisləri və Təşkilatları Assosiasiyasının üzvü Ramil Alməmmədov təəssüratlarını bölüşüb:

 

“Təlimdə fərdi mühafizə vasitələrindən düzgün istifadə, koronaviruslu xəstələrin tibb müəssisələrinə qəbul edilməsi, onların tənəffüs yollarından yaxma nümunələrinin düzgün və təhlükəsiz götürülməsi və daşınması qaydalarına həsr olunan modullar xüsusilə informativ idi. Həmçinin Koreya Respublikası və Böyük Britaniyada xəstələrin qruplaşdırılması və vəziyyətlərinin qiymətləndirilməsi üçün istifadə olunan cədvəllər təqdim edilmişdi.

 

Koronavirusla mübarizə apardığımız bu dövrdə tibb işçilərinin hərtərəfli maarifləndirilməsində təlimlərin rolu böyükdür. Belə bir təlimin keçirilməsinə görə, təlimin təşkilatçılarına və azərbaycanlı tibb işçilərinin təlimə qatılmasında xüsusi rolu olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təşəkkürümü bildirirəm. Ümid edirəm, yaxın gələcəkdə həkim və tibb işçilərimiz üçün yenidən bu cür maraqlı və beynəlxalq təcrübəyə əsaslanan təlimlərə qatılmaq imkanı yaradılacaq”.

 

Qeyd edək ki, təlimin videoçarxları ilə ilin sonunadək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Facebook" və "Youtube" platformalarında tanış olmaq mümkündür. Modullardan istifadə ödənişsizdir.

ÇOX OXUNANLAR
 Rahim Hüseynov TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub
ÜST-nin Azərbaycandakı Ofisində yeni vakansiya!
 Qobustanda 85 yaşlı pasiyent üzərində yüksək riskli cərrahi əməliyyat uğurla icra olunub   
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri”nə sertifikatlar təqdim olunub
 Naxçıvanda orta tibb işçiləri üçün vakansiya elan olunub   
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin 24 könüllüsü üçün ilkin tibbi yardım mövzusunda təlim keçirilib
 Qusarda qanvermə aksiyası:
 Görkəmli alim Ağabəy Sultanovun 90 illiyi qeyd olunub   
 Sumqayıtda İmmunizasiya Həftəsi çərçivəsində 1263 uşaq peyvənd olunub   
Qobustan RMX-da konfrans: “Nurlu ömrün salnaməsi”
Azərbaycan EMT Qrupu yoxlama aparmaq üçün Türkiyəyə gedib
 Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Bioetika Komissiyasının növbəti iclası keçirilib    
Qoşqar Təhməzli: Azərbaycan müasir urbanizasiya çağırışlarına çevik reaksiya verir
 Cəlilabadda xəbərdarlıq toplanış üzrə mülki müdafiə məşqi keçirilib